B u n l a r ı   b i l i r s i n i z m i ?
37, Baku, Azerbaidzhan

  • - Gün işığından daha çox faydalanmaq üçün saat tətbiqini ilk dəfə Bencamin Franklin həyata keçirmişdir.
  • - Bir okeanın ən dərin yerində dəmir topun dibə çökməsi bir saatdan çox çəkər.
  • - Yer kürəsinə ən yaxın ulduz Günəşdir.
  • - İndiyə qədər ölçülmüş ən böyük buz dağının uzunluğu 200 mil, eni isə 60 mil olmuşdur. Bu dağ sahəsinə görə Belçikadan daha böyükdür.
  • - Bu günə qədər ən böyük dalğa, 1971-ci ildə Yaponiyanın İshiqaki adasında 85 metr yüksəkliyində qeydə alınmışdır.
  • - Aydın bir gecədə gözümüzlə iki min ayrı-ayrı ulduzu görə bilərik.
  • - Saxara səhrasındakı Tikidelt qəsəbəsinə on il heç yağış yağmamışdır.
  • - ABŞ prezidenti Con F. Kennedi iyirmi dəqiqədə dörd qəzet oxuya bilirdi.
  • - Mumiyaların ayaq barmaqları bir-bir sarıyaraq mumyalanmışdır.
  • - Çarpayıdan yıxılaraq ölmə ehtimalı iki milyonda birdir.
  • - İlk paltaryuyan maşın 1907-ci ildə Hurley Machine Co. şirkəti tərəfində satıldı.
  • - Bir kişinin çəkisinin 40, bir qadının çəkisinin isə 35 faizi əzələdir.
  • - Bir zürafənin boynundakı onurğa sümüklərinin sayı insanda olan onurğa sümüklərinin sayına bərabərdir.
  • - İnsan böyüdükcə ürək döyüntülərinin sayı da azalır. Bir körpənin ürəyi dəqiqədə 130, 3 yaşlı uşağın ürəyi dəqiqədə 100, 12 yaşlı uşağın ürəyi isə dəqiqədə 90 dəfə vurur.
  • - İnsan dərisinin hər 2,5 kv.sm-də 19 milyon hüceyrə, 60 tük, 90 yağ vəzisi, 570 sm damar və 625 tər vəzisi var.
    - Tokioda 1990-cı ildə müşahidə edilən ən böyük avtomobil tıxacının uzunluğu 135 km idi.
    - Cənubi koreyalılar arasında adları Kim və Li olanların sayı 45 faizdir.

28 views
 
Comments

There are no comments yet.
Leave your comment, start the discussion!

Blog
Blogs are being updated every 5 minutes