Paxılam hər şeydə hamıya paxıllığım tutur
Bilən olmasada sifətim budur
Körpəyə paxıllıq edirəm dərd qəm ondan qaçar
Mən yaşa dolanda o hələ gənc olacaq
Qızlara paxıllıq edirəm xüsusən bu millətin
Onlardan tələb olunan təkcə məhəbbətdi
Arzularıma paxıllıq edirım açsalar eynimi
Özləri ağrı bilmir ağrıdırlar beynimi
Sözlərimə paxıllıq edirəm bir başqası oxuyanda
Başa düşüb qananda öz sözləri ilə ananda
Qocalara paxıllıq edirəm son günlərinə az qalıb
Pis yaxşı yaşayıblar bizə çəkməyə naz qalıb
Quşa paxıllıq edirəm öz qanadıyla uçur
Qartal sərçə fərqi yox öz adıyla uçur
Allaha paxıllıq edirəm sevgilisi mələylərdi
Gizləndiyi məkanlar səmadı ürəylərdi
Yaratdığlarıma paxıllıq edirəm gedirəm qalacaq
Bəlkə yüz illər sonra yaşayacaq olacaq
Sözə paxıllıq edirəm ən böyük möcüzədir
Bizdən yadigar qalan ən yaxın möcüzədir
super
twk