Selefilerin daha bir eclafligi.
49, Moscow, Venäjä

Uhud mağarası zəvvarların üzünə qapandı
uhud-magara-medine-180612.jpg18.06.2012 | 13:22

İslam peyğəmbəri Hz. Məhəmmədin (s) Uhud savaşında yaralandıqdan sonra sığındığı mağaranın girişi beton tökülərək bağlanılıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, həcc və ümrə ziyarətləri zamanı buranı ziyarət edən zəvvarlar bundan sonra mağaraya girə bilməyəcəklər.

Səudiyyə Ərəbisatnın rəsmiləri bu addımı zəvvarların mağaraya çıxarkən yıxılaraq xəsarət alması səbəbi ilə izah edib. Lakin bu addımın həmin mağaranın müqəddəsləşdirərək ziyarət olunmasını şirkə yol açması ilə bağlandığı iddia olunur.

Uhud mağarası Mədinə şəhərində yerləşir. Bu ərazi 625-ci ildə baş vermiş Uhud savaşı zamanı şəhid olan müsəlmanların xatirəsini özündə əks etdirir.

9 näyttökertaa
 
Kommentit

Ei ole kommentteja vielä.
Jätä kommenttisi, aloita keskustelu!

Blogi
Blogit päivitetään joka 5 minuutti