Yer üzünde meydana gelmiş en meşhur qezalar
37, Азербайджан

Ardicilliqla siralanib



10. Titanik / 150 milyon dollar


Titanik qəzası ehtimalla yer üzündə meydana gəlmiş ən məşhur qəzadır. Lakin ən bahalı qəzalar siyahısında yalnız onuncu sırada yer tapa bildi.


15 Aprel 1912-də meydana gələn qəzada 1500 adam həyatını itirdi. Nəhəng reys gəmisinin okeanın dərin sularına batmasıyla 150 milyon dollarlıq bir sərvət də suya basdırıldı.


9. Almaniyada tanker - körpü qəzası / 358 milyon dollar


26 Avqust 2004də Almaniyada reallaşan qəzanın baş rol oyunçusu olan tanker tam 32 min litr neft daşıyırdı. Almaniyanın Wiehltal körpüsünə çarpan nəhəng tankerin körpüdəki ziyanla birlikdə yaratdığı zərər 358 milyon dollardır.


8. Metro xətti qəzası / 500 milyon dollar


12 Sentyabr 2008-ci ildə Kaliforniyada meydana gələn qəza bəlkə də Kaliforniya tarixinin ən böyük qəzası idi. 25 adamın öldüyü qəzada 500 milyon dollar da zərər yarandı.


7. B-2 Bomba daşıyıcı qəzası / 1.4 milyard dollar


Milyard dollarlıq zərər yaradan bu qəza ancaq yeddinci sırada yerləşir. 23 Fevral 2008-ci ildə Guam adasında meydana gələn bomba təyyarəsinin havalandıqdan dərhal sonra düşməsi böyük faciə yaratdı.


6. Exxon Valdez / 2.5 milyard dollar


Exxon Valdez neft sızıntısı dünyanın ən böyük qəzalarından biridir. 10 milyon qalonluq bu sızıntı çox böyük bir fəlakət yarada bilərdi. Neft daşıyan gəminin qayalara çarpması nəticəsi yaranan sızıntı okeanı sanki neft dənizinə çevirdi. Zərər 2.5 milyard dollardır.


5. Alfa Neft qazma quyusu / 3.4 milyard dollar


Dünyanın dəniz üzərindəki ən böyük neft qəzasıdır. Dünyanın tək neft istehsalçısı bir gündə 317 min barel nefti dənizə tökdü. 6 İyun 1988-ci ildə meydana gələn hadisə texniki bir problemdən ötəri meydana gəldi. Texnikin nasos düyməsini basmasıyla dənizin ortasındakı neft qülləsi havaya uçdu.


4. Challenger Partlaması / 5.5 milyard dollar


28 Yanvar 1986-cı ildə bir kosmik gəmi buraxıldıqdan 73 saniyə sonra havada parçalandı. Vasitədə olan maye haldakı hidrogen olduqca böyük bir partlama meydana gətirdi. Kosmik gəminin bu nəticəsi 5.5 milyard dollar zərərə səbəb oldu.


3. Prestij neft gəmisi qəzası / 12 milyard dollar


13 Noyabr 2002-ci ildə Prestij adlı neft daşıyan yük gəmisi 77 min ton "fuel-oil"i daşıyarkən texniki bir qəza yaşadı. Böyük bir fırtınada çarəsiz qalan gəminin kapitanı İspaniyadan kömək istədi. spaniya hökuməti gəminin öz sahillərindən uzaq tutulmasını istəyincə Fransa və Portuqaliyadan da kömək istəndi. Lakin bu iki ölkə də kömək çağırışını rədd edincə təxminən 20 milyon qlon maye yanacaq dənizə axdı.


2. Kolubiya Kosmik gəmisi / 13 milyard dollar


Kolumbiya adlı kosmik gəmi kosmosa enmədən 16 gün əvvəl havada partlayış yaratdı. Zərər 13 milyard dollar oldu.


1. Çernobil faciəsi / 200 milyard dollar


26 Aprel 1986-cı ildə dünya tarixində ilk dəfə bu qədər ağır büdcəli bir qəzayla qarşı-qarşıya gəldi. Tarixin ən böyük sosio-iqtisadi fəlakəti olaraq da təyin olunan bu hadisədə 200 min adam yaşadığı yeri boşaltmaq məcburiyyətində qaldı.


1.7 milyon adam da birbaşa olaraq faciədən təsirləndi.


Çernobil faciəsindən ötəri ölənlərin sayı 125 minə çatarkən faciənin cəmi xərci 200 milyard dollar ətrafında idi.

2 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут