yeni maraqli hadiseler
37, Азербайджан

***Dünyanın ən böyük zənglərindən biri 1404-cü ildə Pekində qurulmuş zəngdir.Onun ağırlığı 42 ton,uzunluğu isə 7 metrdir.

*** Ən bahalı minik maşınını ingilis firmalarından biri düzəltmişdir.Bu maşının kabinəsində fırlanan oturacaqları olan televizor və qoz ağacından çarpayı vardır.

***Dünyada ən böyük kinoekran Hollandiyada qurulmuşdur.Onun ölçüsü 23 x 17 metrdir.

***Dünyada iki bahalı marka vardır.Bunlardan birisi göy Mavrikidir.Bunun qiyməti 25.000 dollardır.

***Portuqaliyanın Port şəhərində tələbə Viktor Antunen 190 metr uzunluqda tort hazırlamışdır.Tortun hazırlanmasına 40 saat və 1.350 kiloqram müxtəlif məhsullar sərf olunmuşdur.


***Dünyada ən bahalı şəkil Leonardo da Vinçinin “Mona Liza” əsəridir(1503-1507).ABŞ mütəxəssisləri bu şəklə 100.000.000 dollar qiymət vermişlər.

***Dünyada ən bahalı kitab Amerika muzeylərinin birindən 200.000 dollara alınan Tövratdır.

*** Ən böyük kitab XVll əsrdə nəşr olunmuş və Berlin Dövlət Kitabxanasında saxlanılan coğrafiya atlası sayılır.Bu cildin hündürlüyü 2 m,eni 1 metrdir.

***Fransız mütəxəssisləri metal hissələrindən hazırlanmış 7,3 metr hündürlüyü və 6,2 metr diametri olan dünyada ən böyük çələng hazırlamışlar.Çələngdə 20 növ çiçəkdən 4.000 çiçək, 2.000 budaq vardır.

***Macar Yanoş və arvadı Sara dünyada ən uzun ailə həyatı sürmüşlər.Onlar 147 il birgə yaşamışlar.Yanoş 172 il, Sara isə 164 il yaşamışdır.Onlar vəfat edərkən ən kiçik uşaqlarının 116 yaşı vardı.

***Ən bədbəxt qadın Almaniya sakini bir qadın olmuşdur,onun iki dili olmasına baxmayaraq danışa bilməmişdir.

***General Çeyte Bari Britaniya ordusunda 52 il xidmət etmişdir.Ancaq öləndən sonra melum olub ki, o qadın imiş.

***Dünyada mikrafon arxasında ən çox danışan amerikalı Riçard Berten olmuşdur: 96 saat.

***Fransız Anri Bernes öz rəsmlərini saqqalı ile çəkir.Bunun üçün o saqqalını 6 il qırxmamışdır.
 

5 просмотров
 
Комментарии
SEDA 18.09.2010

Ancaq bizde en cox daniwan diktatorumuz rehmete getdi,,ona heckim cata bilmezdi)),,maraqliydi cox saqolun bloq ucun

araz007 araz007 19.09.2010

buyurun . . .
*HI* *HI* *HI*

Дневники
Дневники обновляются каждые 5 минут