19.08.2009
LETIFELER
37, Азербайджан

1. Uşaq proqramçı atasının yanına gəlir:
-Ata, niyə görə günəş həmişə şərqdən çıxıb qərbdə batır?
-Yoxlamısan?
-Hə, ata, yoxlamışam.
-Yaxşı yoxlamısan?
-Hə.
-İşləyir?
-İşləyir.
-Sən mənim canım ona daha deymə, dəyişiklik etmə. Əgər işləyirsə elə qalsın.

2. Təyyarədə proqramçı və mühəndis uçurlar. Mühəndis yatmağa hazırlaşır. Proqramçı ona təkliflə yaxınlaşır.
(P): - Gəl tapmaca oynayaq. Tapsan - mən sənə 5 dollar, yox - sən mənə 5 dollar və tərsinə.
(M): - Mən yatmaq istəyirəm, əl çək...
(P): - Gəl oynayaq! Asan oyundur!
(M): - Oynamaq istəmirəm. Mən yatmaq istəyirəm...
(P): - Yaxşı. Gəl belə. Mən tapıram - sən mənə 5 dollar, sən tapırsan - mən sənə 50 dollar. Gedər?
(M): - Yaxşı, gəl.
(P): - Bu günə kimi dünyada nə qədər ICQ abonenti var?
Mühəndis sakitcə 5 dolları çıxarıb proqramçıya verir.
(M): - İndi sən soruş!
Mühəndis bir-neçə dəqiqə fikirləşir və deyir:
- Yaxşı, o nədir ki, üç ayağa qalxır, dörd ayağa enir?
Proqramçı noutbuku açır, şəbəkəyə qoşur, dünyada bütün axtarış sistemlərində axtarır, çatlara girir, dostlarından soruşur, bütün dünyanın kitabxanalarını və arxivlərini gəzir, heçnə tapmır. Cibindən 50 "göy" çıxardır, mühəndisə verir. Mühəndir pulu götürür, qoyur cibinə və yuxuya hazırlaşır.
(P): - Hey, o nədir ki, üç ayağa qalxır, dörd ayağa enir?
Mühəndis sakitcə cibindən 5 dollar çıxardır, proqramçıya verir və yatır.

3. Heyvanxanada uşaq barmağı ilə primatlar olan qəfəsə tərəf göstərir və qışqırır:
- Ana ! Ana ! Bax - proqramçılar!
- Sən nəyə görə belə fikirləşirsən?
- Onlar atam kimidirlər ! - çirkli, tüklü və yanlarında "mazol" var !!

4. İgid yolnan gedir. Görür ki, əjdaha oturub. Gedir onun yanına və başını kəsir. Əjdahanın iki təzə başı çıxır. İgid ikisini də kəsir, yerinə dördü çıxır. Dördünü kəsir, səkkizi çıxır və s. Və nəhayət o 65535 baş kəsdikdən sonra əjdaha ölür. Çünki o 16 bitlik əjdaha idi.

5. Xakerin yanına lamer gəlir, ona işləməyən proqramının kodunu göstərir və soruşur:
- Məndə səhv hardadır?
- DNT-də!!!

6. Stüardessa sərnişinlərin yanına çıxır və deyir:
- Hörmətli sərnişinlər, təyyarəmizin göyərtəsində Windows 2000-lə işləyən ən təhlükəsiz idarəetmə sistemi durur...
Salonda panika yaranır.
Sərnişinlər tələsik təyyarəni tərk edirlər. Axırıncı Bill Geyts çıxır.
- Bəs siz niyə tələsmirsiz?
- Niyə tələsim ki? Biz onsuzda havaya qalxmayacayıq.

7. Ata, аy ata - mənə təzə vinçester al, köhnə artıq pis işləyir...
- Bəs sehrli söz?!
- İşə bir bax, bura da parol qoyublar.


8. Proqramçı yolnan gedir və iki gəşəng qız görüb onlara yaxınlaşır və deyir:
- Qızlar, pivə istəyirsiz?
- Yox
- Bəs şampan?
- Yox
- Bəs konyak?
- Yox
"Qəribədir"- proqramçı özü-özünə fikirləşir, standart drayverlər yaramadı.

9. Ana mağazaya getməyə hazırlaşır.
- Oğlum sənə nə alım?
- Mənə bir az konfet al.
- Neçə meqabayt oğlum?

10. Qoca haker nəvəsinə nağıl danışır:
- ... o, qızıl balıqla klik elədi...
- Baba, bəs niyə görə balıqla?
- O vaxtı siçan yox idi...

11. Yeni virus növü çıxıb. O, sizin kompüterinizdə Windows 95 –i qurur.

12. Qızla oğlan(proqramçı) gecə vaxtı, ağacın altında öz sirləri barədə söhbət edirlər.
Qız soruşur:
- Sirrini dəyə bilərsən əzizim?
Oğlan:
- Əlbəttə ki, buyur
include("db.php");
echo "$dbpassword";

13. Biri kompüterinə yeni proqram install edərkən belə bir pəncərə çıxır.
"Bu proqram sizin hard diskinizi formatlaşdıracaq. Formatlaşdırmaq üçün Accept,çıxmaq üçün cancel düyməsini basın". O isə bu mətni oxumadan Accept düyməsini basır.

14. Bir soyğunçu internet kafeyə daxil olur:
- Tez elə 10 saat internet

170 просмотров
 
Комментарии
alacakayali 25.08.2009

teşekkür ederim zahmet verdim sanada

alacakayali 21.08.2009

mazol,lamer ,Stüardessa,sərnişinlər,vinçester,gəşəng,pivə SANIRIM BU KADAR bilmediğim kelimeler:)

MADMAZEL MADMAZEL 25.08.2009

DOYENEK. TEYAREDE OLUYOR YA QIZLAR KOFE FILAN VEREN ONLARA STUARDESSA DERIK.SERNISINLER YOLCULAR.VINCESTER-SILAH ISMI.QESENG-IYI PIVE-ICECEK TURU LAMER HANKI LETIVEDE MENDE ANLAMADIM DE BAXIM ORNA ANLAMINI ANLARIM

alacakayali 19.08.2009

çok güzeldi gerçekten:)eline sağlık.keşke azericem daha iyi olsaydı.kimi latifeyi anlamadım:(

MADMAZEL MADMAZEL 21.08.2009

hangisini anlamadin soyle turkeceye cevirimde yaziyim sene

Дневники
Дневники обновляются каждые 5 минут