Sən elə bilirdin ki,mən görmürəm...
37, Азербайджан

Sən elə bilirdin ki,mən görmürəm...

Amma mən görürdüm sən mənim yazdıqlarımı oxuyursan

Və yenə də yazmaq istəyirdim!



Sən elə bilirdin ki,mən görmürəm...

Amma mən görürdüm ki,sən sahibsiz pişiyi necə yedizdirirsən

Və mən də fikirləşirdim ki,heyvanlara qayğı göstərmək lazımdır!



Sən elə bilirdin ki mən görmürəm...

Amma mən görürdüm ki,sən mənim sevdiyim musiqiyə qulaq asırsan

Və başa düşürdüm ki,hətta ən az şey də sənin xüsusi biri olduğuna sübutdur!


Sən elə bilirdin mən görmürəm...

Amma mən görürdüm sən mənim üçün Allaha dua edirsən

Və inamım artırdı,bilirdim ki,bizə hər zaman kömək olacaq inamlar var!


Sən elə bilirdin ki,mən görmürəm...

Amma mən görürdüm ki,sən səssizcə ağlayırsan,göz yaşları süzülürdü yanaqlarından

Və başa düşürdüm ki,bəzən çox ağrılı olur və ağlamaq normal haldır!

Sən elə bilirdin ki mən görmürəm...

Amma mən görürdüm ki,hər gecə yatmazdan əvvəl hiss etdirmədən məni öpürsən

Və sevimli olduğumu hiss edirdim!



Sən elə bilirdin ki,mən görmürəm...

Amma mən görürdüm !!!

Və indi sənə etdiyin hər şey üçün minnətdaram...mənim görmədiyimi fikirləşib etdiklərin üçün.


Bizim kiminsə baxdığı halda etdiyimiz hərəkətlər çoxdur,kiminsə diqqətini cəlb etmək üçün,ya kiməsə özümüzü göstərmək üçün etdiklərimiz də çoxdur.

Amma ən gözəli heç kimin görmədiyi halda etdiyimiz yaxşı hərəkətlərdir.

12 просмотров
 
Комментарии
Azikj 29.01.2010

cox gozel cox xowuma geldi cox maraqlidi madmazel xanim.

Дневники
Дневники обновляются каждые 5 минут