Platonik sevginin xeyiri
37, Азербайджан

Ürək sanıldığı kimi ‘bir dənə' deyil
Türk Prof. Dr. Bingür Sönməz, "Tanrı bədənimiz üçün əhəmiyyətli olan bütün orqanlarımızı cüt yaratmışdır. Ağciyər, böyrək, göz kimi… Görəsən tanrı bu qədər əhəmiyyətli bir orqanımızı niyə tək yaratmışdır? Amma ürək sanıldığı kimi tək orqan deyil. Bir dənəsi bədənimizdə olan, bizim üçün çalışan, dəqiqədə 5-7 lt qan vuran, bizə dəstək olan, fiziki həyatımızı təmin edən ürəyimizdir. İkincisini isə tanrı qarşı cinsdən birinə vermişdir və "Gedib axtarın tapın" demişdir.


14 Fevral tanrının bizim üçün bağışladığı ikinci ürəyi axtarıb tapmamız üçün xüsusi bir gündür. İkinci ürək hər vaxt birinci ürəyi tamamlayandır. Əgər ikinci ürək narahat, tündxasiyyət və stress dolu isə sizin ürəyiniz də stress dolu olacaq. Stress dolu olan bir ürək sağlam çalışa bilməz, tez yorular və xəstəliklərə açıq olar. O səbəblə siz ikinci ürək sinizsə, birinci ürəyi üzməyin və onun xoşbəxt olması üçün səy göstərin . Bu hər iki tərəf üçün keçərlidir. Bir başqasının ikinci ürəyini daşıyırsınızsa, o sizə tanrının bir əmanətidir və ona çox yaxşı baxın" deyir.


Aşiq olmaq ürəyə xeyirdi amma…
Ürək, eşqi hiss etdiyində bədəndə endorfin hormonu ifraz olunar. Endorfin, kef və xoşbəxtlik verən bir hormondur. Bədəndəki bütün orqanlar bundan müsbət təsirlənir. Sönməzə görə bu səbəblə müvəffəqiyyətli bir eşq həyatı ürək sağlamlığı üçün çox əhəmiyyətlidir. Xoşbəxt yaşaya bilmək üçün sağlam bir eşq həyatına ehtiyac vardır. Bypass əməliyyatından sonra insanların ömürünün uzandığı, həyat standartlarının yüksəldiyi bu gün elmi olaraq isbat edilmişdir. Bypass xəstələrinin aşiq olmaları onların təmir edilmiş ürəkləri üçün də çox faydalı olacaq. Amma bunun mütləq bir ölçü çərçivəsində olması lazımdır. Bypass əməliyyatı olmuş xəstələr əvvəlcə yoldaşlarına, sonra da uşaqları, işləri və ölkələrinə aşiq olmalıdır. Bu səviyyədəki eşq, ürək sağlamlığına müsbət təsir edir.




Platonik eşq ürək üçün faydalı
Prof. Dr. Bingür Sönməz, "Platonik eşq ayrı bir xoşbəxtlikdir. Platonik eşqdə sevgiliyə qovuşma yoxdur. Bu səbəbdən ikinci ürəyi axtararkən bir səhv etmə riski olmadığı kimi pis nəticələnən fiziki eşqdə görülən xəyal qırıqlığı yaşanmaz. Biz bunu xalq ozanlarında görərik. Həmişə xəyal etdikləri sevgilini düşünərək, hiss edərək, yaşayarlar amma sevgiliyə qovuşmaq üçün xüsusi bir səy sərf etməzlər. Xoşbəxtlik hormonları (Endorfin) hər vaxt yüksək olduğu üçün platonik eşq vərdiş halını ala bilər. Bəlkə də gerçək eşq platonik olan eşqdir, çünki heç bir zaman ölməz" deyir.

15 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут