Yaxşı dostun 3 əlaməti var:
40, Азербайджан

Yaxşı dostun 3 əlaməti var:


1. Yaxşı dostun 3 əlaməti var:-Səndən qabaq xərcləyən.

-Sənin abır-həyanı özünkündən mühüm bilən öz canını fəda edən.

-Sirlərini gizli saxlayar.

2. Peyğəmbər (s.a.v) buyurdu: Cəhənnəm əzabını dərk edən kəslər az gülərlər.

Onlar hər zaman ALLAHI yad edər, ibadətlərinə xüsusi diqqət yetirərlər.

3. Bu dörd şey şeytanın xüsusiyyətidir:

-Gülü yemək

-Gülü əli ilə xırda-xırda etmək

-Dırnağı dişinə tutmaq

-Saqqalı çeynəmək

4. Peyğəmbərimiz (s.a.v) buyurur: Bir şeyi bilmədən danışan kəsə göyün və yerin mələkləri lənət oxuyar.

5. Əgər Namaz qılan şəxs RƏBBİNİN sonsuz rəhmətinin onun üzərində necə şamil olduğunu bilsəydi, heç vaxt başını səcdədən qaldırmazdı!

6. Mülayim tərzdə danışmaq və insanlara salam vermək ibadətdir.

7. Valideyinlərinə yaxşılıq et, onlara məhəbbətlə baxan hər bir övlada ALLAH əvəzində qəbul olunmuş bir ziyarətin mükafatını verəcəkdir.

8. Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.

9. Abırlı olmağın ən ucası insanın özü-özündən utanmasıdır!

10. Bir qızın gözəlliyini görən kimsə, gözünü ondan tez ayırarsa ALLAH Təala yeni bir ibadət səvabı ehsan edər ki, ibadətin ləzzətini tez duyar.

11. Hər kim ki, sənin əlindən 3 dəfə qəzəbləndi və sənə heç bir pis söz demədi, onunla dost ol!
12. Din ağaca bənzəyir ALLAHA iman o ağacın suyu, Namaz kökü, Zəkat kölgəsi, ALLAHA görə dostluq budaqlarıdır. Gözəl əxlaq yarpaqları, günahdan çəkinmək isə meyvələri hesab olunur. Həzrət Məhəmməd buyurur: ALLAH yolunda 1 gecə keşik çəkmək, min gecə namaz qılıb, gündüzləri də oruc tutmaqdan üstündür.

13. Həzrət Məhəmməd (s.a.v) : “Günahdan tövbə etmiş şəxs tövbə etmiş kimidir.”

14. Dünyan üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan. Axirətin üçün elə çalış ki, sanki sabah öləcəksən.

15. Həzrət Məhəmməd (s.a.v) buyurur: Paxıl o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.

16. Dünya möminin zindanı, kafirin isə behiştidir. (Məhəmməd Peyğəmbər (s.a.v))

17. Həzrət Məhəmməd (s.a.v) buyurur: Mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız.

18. Qonşusu ac ikən, tox yatan kəs mənə iman gətirməməmişdir. (Peyğəmbər (s.a.v))
19. Gülərək dua edən şəxs, ağlayaraq Cəhənnəmə daxil olar. (Məhəmməd Peyğəmbər (s.a.v))
20. Kafir belə olsa heç kəsin qəlbini qırma. Cünki qəlb qırmaq, ALLAH Tealanı incitmək deməkdir.

21. Bir kimsə qiybət edərsə, onun səvabları qeybətini etdiyi şəxsə, o şəxsin günahları isə buna gələr!

22. Həqiqi sevgi, yaxşılıq gördüyündə artmayan, pislik gördükdə isə əksilməyəndir

7 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут