NAZİRLİYİN QAPISI
30, Азербайджан


Bu qapıdan yollar gedir, ay millət,
Süd arxından qollar gedir, ay millət.
Zər daşınır, pullar gedir, ay millət,
Kimdi səni bu qapıdan buraxan?

Bu bazarda nə işi var lütlərin,
Yeri deyil "maymaqların, kütlərin".
Qulluğunda durammasan bütlərin,
Kimdi səni bu qapıdan buraxan?

Ağlar gəlib, ağlar qalıb gedən var,
Dağəridən, daşüyüdən bədən var.
Cangüdənin özünü də güdən var,
Kimdi səni bu qapıdan buraxan?

Pusqular var, pusduran var, pusan var,
Qan axıdan, qusduran var, qusan var.
Qorxusundan ömrü boyu susan var.
Kimdi səni bu qapıdan buraxan?

Silahı var, polisi var, postu var,
Rüşvət adlı bir canciyər dostu var.
Bu qapının bu millətlə qəsdi var
Kimdi səni bu qapıdan buraxan?

Get özünə ayrı iş tap, ay millət,
Ayrı dil tap, ayrı diş tap, ay millət.
Xaçpərəst ol, bir keşiş tap, ay millət
Kimdi səni bu qapıdan buraxan?

2 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут