MƏN XƏBƏRSİZƏM
30, Азербайджан

Dözülmək ağrı kimidi insan izdihamı

Xiyabanlara köçən dahilər indi hanı
Ölü evdən səhnələr,iblisin intiqamı
Xarabadan qeydlər və Mən xəbərsizəm

Nə qədər düzünü yazsanda tarixə alınmır
Buralarda güllələnmə təxirə salınmır
Qalın tarix kitablarındada iyrənirəm
Onlar bizi iynələyirlər ,Mən xəbərsizəm

Hər inqilabdan sonra adı dəyişən parkam mən
Ortada qalan mən ,azalan,artan mən
Tarixə düşmüşəm,sən coğrafi əzariyə
Daş qoydun tərəziyə ,Mən xəbərsizəm

Düşüncə ölüb,pis günə düşüncə ölüb
Bədənlər gördümki mən illər öncə ölüb
Ruhlarını görə bilmədim amma məncə ölüb
Bilmirəm səncə ölüb çünki ,Mən xəbərsizəm

Üzümü çevirim sizə,yağdırın tərifləri
Ədəbiyyatda biz bu dövrün ədibləri
Sarkazma düzmüşəm burda hərifləri
Bilmirəm nədi tələbləri ,Mən xəbərsizəm

Öldürə bilər məni həsrət birdə gümüş güllə
O bəstələdi məndə yazdım 5-10 cümlə
Deməli bu oyunlarda sən önəmli deyilsən
Bəlkədə nəsə deyirsən ,Mən xəbərsizəm

Yenədə oxuyar mollanız xütbələr
Sırtılan sifətlər bir azda ütünlənər
Tanrını unudanların inamı bütlərə
Kim necə harda lütlənər mən xəbərsizəm

Hər ötənə yar olan gəlir vətənə dar
Və əxlaqsızda belə bir ənənə var
Soyunur,geyinir əşi sənə nə var
Yadaki mənə nə var ,Mən xəbərsizəm

Fərasət axtarırdılar tapıldı özümüzdə
Ya bizlə çiyin-çiyinəsən yadaki önümüzdə
Gizli yaşayanlarda var,ölüb üzdə
Eşitdin,sözü gizlət ,Mən xəbərsizəm

Siz Allahlaşdıranda tiranları
Axtarırdım dövrümdə,tapdım fironları
Və göylərə qalxanda fəryadı girovların
Hara atıb tilovlarını ,Mən xəbərsizəm

Nə udmağın bilindi nə də uduzmağın
Danışmağınnanda qiymətlidi susmağın
Deyəsən unutmusan kimdi ustadın
Nələr çəkir dustağın ,Mən xəbərsizəm

İyrənc görsənir saxtadırsa hörmətin
Cənnətin divarlarına bir kərpic hörmədin
Nə yaşamadım mən nə də ölmədim
Danışmadım,eşitmədim,görmədim,xəbərsizəm

1 просмотров
 
Комментарии
ffefefff 09.12.2016

yaxsi

Дневники
Дневники обновляются каждые 5 минут