14.05.2017
Nöqtə
49, Москва, Россия

Salam,Xeqani bey,cùmen mubarek,

"Be","nun" hilalìnda Elidi nöqte.
"Teslimen" ayesi tilavet olsa,
"Lebbeyk" cavabìdì,"beli"di nöqte.

"Mim"de kamil oldu,"nun"da yayildi,
Belli gune qalan qorxdu,bayildi.
Torpagin boz uzu soyuq sayildi,
Heyif,gedenlerin ilidi nöqte.

Baxib da zahire,aldanma debe,
Hamile dunyamiz çoxdandir gebe,
Çox gözel bilirdi kulli sehabe,
Kor gözün nurlanan feilidi nöqte.

Dınya çox istidir,saymaynan sərin,
Qazılıb quyular,dərindən dərin,
Axtarsan,arasan,qaniçənlərin,

İçində ən kiçik zəlidi,nöqtə.

"Te" nuru eyn ile, "sa"etdi Eli,
Bürclere nur oldu on iki veli.
Yapišdìm onlardaп,gorub eceli,

Mentiqi sonlugun dilidi nöqte.

Saat saga çəkdi,fələksə sola
Hərkisi daş qoydu getdiyim yola.
O vaxt ki,ümidlər istəyir ölə,
Həyat işığının yoludu nöqtə.


Arastun Haci
Yazım, agah olsun qoy hamı sirdən,
Hərdən alt-üst olur o da fikirdən,
Gah da ki, qoyuruq üçünü birdən,

Yazının ayağı, əlidir nöqtə.

Məcburdur ölü məşhərdə dirilə...
Latın üstün gəldi ərəb, kirilə,
Qavramayan anlamaz heç bir ilə,

Hər şeyin sonu, əv'vəlidir nöqtə.

Teymur Asgerov · Общий друг – Xəqani Həbiboğlu

Fikir ver, mənaya, fikir ver sözə,
Bəzən elə olur, batmayır gözə,
Şeiri dərk edib, bilməkçün çözə,

Cümlənin cəvahir, ləlidi nöqtə.

Nöqtə edir ancaq "oldu" nu "öldü",
Hakim nöqtə qoydu hökmə, güldü,
Nöqtəsiz şeir də qupquru çöldü,
Nəzmə də, nəsrə də vəlidi nöqtə.

https://www.facebook.com/asisra/posts/1598033186906051?pnref=story

15 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут