Hillari Klinton Azərbaycan Respublikasını Zimbabveyə bənzədib
49, Москва, Россия

Hillari Klinton Azərbaycan Respublikasını Zimbabveyə bənzədib
Səhər TV-- ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycan Respublikasını insan haqları baxımından Zimbabveyə bənzədməsi rəsmi Bakını narazı salıb.
Hillari Klintonun ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən bəyanatında deyilir ki, Azərbaycandan tutmuş Zimbabveyə qədər siyasi məhbuslar öz ideyalarını, fikirlərini ifadə etdiklərinə, müdafiə etdiklərinə görə hələ də həbsxanalarda saxlanılır.
Azərbaycan Respublikası hakimiyyətinin Klintona cavabında Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib: "ABŞ Dövlət Departamenti erməni təcavüzünün qurbanı olmuş bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulması məsələsinə tamamilə etinasızlıq göstərir."

Prezident Administrasiyasının rəsmisi sual edib: "Əgər insane haqları Birləşmiş Ştatlar üçün həqiqətən vacib məsələdirsə, onda elə həmin Dövlət Departamentinin erməni tərəfin qanunazidd silahlı təcavüzü nəticəsində doğma torpaqlarından qovulmuş 1 milyon azərbaycanlı qaçqının və məcburi köçkünün hüquqlarının pozulması məsələsində susmasını nə ilə izah etmək olar? "
Novruz Məmmədov əlavə edib : "Yəqin ki, dövlət katibi üçün bu çıxışı hazırlamış şəxslər Zimbabve ilə yanaşı Azərbaycan haqqında danışanda ingilis əlifbasının məntiqinə əsaslanıblar. Lakin ya onlar bu əlifbanı pis öyrəniblər. Çünki, ən azı həmin əlifbaya görə Azərbaycandan əvvəl Ermənistanın adı çəkilməli idi. Ya da biz ABŞ-ın xarici siyasətində yenə ikili standartların təzahürü ilə üzləşirik."
Novruz Məmmədov deyib : "Belə təəssürat yaranır ki, Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var. Hətta Ermənistanda seçkilər kobud şəkildə saxtalaşdırılanda buna etiraz edənlərin qovulması zamanı 30 nəfər öldürüləndə də ABŞ tamamilə susmuşdu. Hətta Ermənistan həbsxanalarında yüzlərlə siyasi məhbus saxlansa, hakimiyyət bütün KİV-ləri bağlasa və fövqəladə vəziyyət elan etsə belə, ABŞ susacaq. Belə təəssürat yaranır ki, ABŞ-ın erməni diasporu qarşısında hansısa ciddi öhdəlikləri var və bu, həm media qurumlarını, həm də rəsmi şəxsləri yalnız Azərbaycan haqqında mənfi fikir söyləməyə, Ermənistan barəsində isə yalnız müsbət rəy bildirməyə məcbur edir".
Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri ABŞ-ın daxilində insane haqlarının pozulmasına toxunmayıb.

2 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут