Obelisklərin tarixçəsinə bir baxış
49, Москва, Россия


Obelisklərin tarixçəsinə bir baxış

Son əsirlər ərzində dünyanın müxtəlif ölkələrində masonların qüdrət əldə etməsi ilə, ötən 3 əsirdə dünyanın müxtəlif məntəqələrində yüzlərlə obelisk inşa edilibdir.

Eynı halda tarixin ən böyük obeliski olan modern dövrün ən məşhur obelisklərindən biri Amerikanın birinci prezidenti və mason lojalarının yüksək səviyyəli üzvlərindən olan Corc Vaşinqtonun xatirəsinə həsr olunmuş obeliskdir ki, 19-cu əsirdə Amerikada inşa edildi.

Bu sütun yəni obelisk qədim Misir dinlərində küfr və paqanizm simvolları idilər ki, müxtəlif zamanlarda onlar haqda müxtəlif icmallar edilibdir. Hazırda obelisklər masonlar və şeytanpərəstlik firqələrinə tabe olanlar tərəfindən hörmət edilən simvollardan birinə çevrilib və bu qruplar son neçə əsirdə bu simvolları dünyanın müxtəlif yerlərində inşa ediblər.

"Obelisk" ucalan daş sütun mənasında olaraq, bir yunan terminindən alınıb.

Qədim Misir əsatirlərinə əsasən bu bina günəş tanrısı “Ra” ilə əlaqəli idi.

Obelisk bir dövrdə də “Osiris “ simvolu oldu. Çünki bu ilahənin başqa tanrılara qalib gəldiyi təsəvvür edilirdi!!

Fironlar da müxtəlif məkanlarda öz adlarını yazdırdılar ki, onların biri Obelisk idi.

Obelisklər arasında Fransada Arles Obeliskinə, İtaliyanın Benevento şəhərindəki obelisklər, Münhendə Titus Sextius Afrikanus obeliskinə İtaliyada isə Roma şəhərindəki Obelisklərə işarə etmək olar. Obelisk nümunələrini Aşur Sivilizasiyasında, Nigeriyadakı Oksum İmperiyası , Cənubi Hindistan sahillərində Krala məntəqəsi , Bizans İmperiyası xüsusilə hazırkı Türkiyə ölkəsində və ya hətta 1919-cu ildə kəşf edilmiş Perudakı Obelisk Tello-ya işarə etmək olar.

Modern əsirlərdə obelisklərin çoxalması

Obelisklərdə diqqət mərkəzində olan məsələ budur ki, paqanizmin bu simvollarına masonlar və sionistlərin istiqamətləndirməsi ilə rəvac verilir.

Obelisklərin müxtəlif nümunələrini Amerika, İngiltərə, Rusiya, İtaliya, İsveç, Fransa, Şotlandiya , Uels, Rumıniya, Uruqvay, İrlandiya, Pakistan, Sinqapur, Argentina, Yeni Zelandiya , Venesuela, sionist İsrail rejimi, Braziliya, Puertoriko, Dominikan respublikası, Boliviya , Serbiya, Kanada, Cakarta , Şimali Koreya və Filippində müşahidə etmək olar.

Masonluq və satanizm ayinində obeliskin əhəmiyyəti ona görədir ki, onlar bu küfrlə dolu olan simvolun Xaç Müharibələrində Müsəlmanlara qarşı xüsusi rola malik olan Məbəd Şevalyeləri tərəfindən hörmət edilən bir simvol olduğuna inanırlar. Bu simvol yəhudi və mason firqələrindən olan Kabbala firqəsi tərəfindən də istifadə edilir.

Bu şeytani əsatirə əsasən Befomet alnının ortasında beştərəfli bir ulduz olan keçidir. Bu ulduz əlaməti hazırda obelisk yaxud şeytanpərəstlər və masonların əlamətidir. Befometin cinsi aləti məkanında bir metal mil mövcudur ki, obelisk simvolu olan “Sonsuz Həyat” nişanəsidir və onun məmələri Omanismə təbir edilib.

Bu 19-cu əsirdə masonlar tərəfindən reallaşdı. Beləliklə Obelisk bu əsirdə masonların əzəmətli qüdrəti haqda bir simvol oldu. Bu mövzu isə masonların bu şeytani əlamətə olan kəskin və gizli eşqlərinin göstəricisidir.

19-cu əsirdə masonluğun rəvac tapması ilə masonlar Osirisin yeganə xatirə binası kimi, obeliski Qərbin sivilizasiya şəhərlərinin bir çoxuna daxil etdilər. Bu mövzu isə Napoleon tərəfindən Misirin qarət edilməsi zamanı özünün kulminasiya nöqtəsinə çatdı.

Son zamanlar Fransada 1998-ci ildə Fransa prezidenti Jak Şirakın göstərişi ilə Obelisk binasının piramidasını qızıl vərəqlə örtdülər. Hazırda da Bakının mərkəzində ən yeni Obeliskin inşası və onun Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən açılış mərasiminin keçirilməsi Obeliskə rəvac verilməsində şeytanpərəstlərin ən yeni nailiyyətidir.

Uzun illər boyu Allah Evini ziyarət edənlər Rəmye-Cəmərat mərasimində Obelisk binasına oxşar olan bir sütuna doğru daş atırdılar ki, beləliklə Şeytandan uzaq olsunlar və Allah-Taalanın dərgahından qovulmuş şeytanı öz ürəklərindən qovsunlar. Son illər ərzində və Ali-Səud rejiminin Məkkənin yenidən bərpa edilməsi haqdakı qərarına əsasən Kəbənin tarixi binalarında dağıntıların həyata keçirilməsi habelə Məscidül-həram ətrafında şübhəli tikililərin inşa edilməsindən əlavə, Şeytanın üç sütunu da bir divarla əvəz edildi. Rəmye-Cəmərat mərasiminin divarının dizayneri Norman Foster adlı bir sionist memar idi ki, bir çox obeliskin dizaynı və inşasında böyük rola malik olubdur.

12 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут