Həmas: Əl-Əqsa məscidi təhlükədədir
49, Москва, Россия

Səhər TV)-Fələstin İslami Müqavimət Hərəkatı Həmas əl-Əqsa məscidi və Beytül-Müqəddəs şəhərinin müqəddəs məkanlarının dağıdılması təhlükəsi barəsində xəbərdarlıq edib.

Əl-Youm əl-Sabi portalının məlumatına görə, Həmas hərəkatının sözçüsü Fovzi Berhum deyib: Əl-Əqsa məscidinə bitişən Babul-Muqaribə körpüsünün bağlanması ilə əlaqədar sionistlərin hərəkəti bu müqəddəs məkanın dağıdılması və müqəddəs məkanların məhv edilməsi məqsədilə həyata keçirilir.

Həmas sözçüsü islam və ərəb ölkələrindən sionist rejimin bu hərəkəti ilə mübarizə aparmalarını istəyib və bildirib ki, bu hərəkət Fələstin xalqının hüquqlarının pozulmasıdır.

Sionist rejim ötən gün əsassız bəhanələrlə təhrik edici bir hərəkətdə əl-Əqsa məscidinə bitişən Babul-Muqaribə körpüsünü bağlayıb.

Bundan öncə Fələstin Ali İslam Heyətinin rəhbəri və əl-Əqsa məscidinin xətibi Əkrəmə Səbri Babul-Muqaribə körpüsünün dağıdılması üçün sionist rejim rəsmilərinin tələbləri qarşısında təslim olmaq barəsində xəbərdarlıq edib və bu rejimin regionun hazırkı proseslərinsən sui-istifadə etməsi barəsində sayıq olmağı istəyib.

2 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут