AB-in Hizbullah barədə etirafı
49, Москва, Россия


Tehran Radiosu-2 gün bundan əvvəl Brüsseldə keçirilən İsraillə Avropa Birliyinin illik iclasında Hizbullah Hərəkatının terror adlandırılması məsələsi AB tərəfindən ləğv edildi.

Sionist İsrail rejiminin xarici işlər naziri və baş nazirin müavini Aviqdor Liberman bu iclasda istəyib ki, Amerika kimi AB də Livan Hizbullahını terroristlər siyahısına salsın. Liberman iddia edib ki, Bolqarıstanda israilli turistlərə hücum hadisəsində Hizbullahın rolu varmış. Ona görə də bu təşkilatı terrorçular sırasına daxil etsin. Qərbin hər hansı bir terror hadisəsinin səbəbinin qeyd-şərtsiz müsəlmanlar olduğunu elan etdiyi kimi, İsrail də öz əleyhinə baş verən bir hadisənin mənşəyini Hizbullah, Həmas, İran və Suriya olduğunu elan edir. Avropa Birliyinin xarici işlər nazirləri sionist rejimin tələblərinə müsbət cavabda razılığa gəlməyiblər. Əlbəttə İngiltərə və Hollandiyanın Hizbullaha olan münasibəti tam başqadır. Hollandiya ümumiyyətlə bu təşkilatın qanunsuz olduğunu vurğulayır. Amma İngiltərə Hizbullahın hərbi şöbəsinin ölkəsindəki varlığını qanunsuz hesab edir. Əslində Hizbullahın çoxşaxəli mövqeyinin mahiyyəti AB-də müxtəlif təsəvvürlərin yaranmasına səbəb olub. Brüssel iclasında məsuliyyət daşıyan Kiprin xarici işlər naziri Erato Kozakou Markoullis deyib: Hizbullah bir siyasi partiya, ictimai şəbəkə və hərbi bir şöbədən təşkil olunmuşdur. Ona görə də onu sırf hərbi təşkilat adlandırmaq olmaz. Ölkəsi AB dövri sədri olan Markoullis sonra deyib ki, Avropa Birliyinin bəzi üzvləri Hizbullahın siyasətdə aktivliyinə görə onun terrorçu adlandırılmasına razı deyillər. Amma bu birliyə aid olan ölkələrin İsrailin bu istəyinin inkarı üçün başqa dəlil sübutları var idi. Sionist rejim dəfələrlə AB-nin işğal olunmuş ərazilərdə qəsəbə salma prosesinin dayandırılması haqda tələblərinə laqeyd yanaşıb. Elə bu cəhətdən də İsrailin Hizbullah haqda istəklərinə mənfi cavab verməsi avropalıların təzyiq vasitəsi kimi qəbul oluna bilər. Çünki AB bu vasitə ilə İsraili Yaxın Şərq işlərində özü ilə uyğunlaşdıra bilər. Bununla belə ikitərəfli əməkdaşlıqlar barəsində Brüssel iclasının nəticələri sionist rejimi üçün sevindirici olub. Nəticələrdən biri də AB-nin 9 agentliyi ilə əməkdaşlıq sazişi, İsraillə ortaq polis qüvvələri əməkdaşlığıdır. İki tərəf arasında iqtisadi əməkdaşlıqların genişlənməsi isə sionist rejimin Avropa ölkələri ilə 60% xarici iqtisadiyyatın genişlənməsi çox əhəmiyyət kəsb edir. Lakin Brüssel iclasının iqtisadi sazişlərinin icrası çətinliklərlə üz-üzədir. Həmçinin İsrailin sənaye mallarının alınması məsələsində də hüquqi problemlər vardır. Həqiqətdə bu mallar 1967-ci ildən sonra işğal olunmuş ərazilərdən nəql olunarsa, bu avropalılara qanunsuz hesab olunar.

6 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут