Ərəbistanda anti-hökumət aksiyaları keçirilir
49, Москва, Россия

(Səhər TV) – Ərəbistan xalqı bu ölkənin şərqində Ali-Səud rejiminə qarşı aksiya keçirib.

Əl-Minar Telekanalının verdiyi məlumata əsasən Ərəbistanın Əl-Şərqiyə vilayətinin Əl-Əvamiyyə şəhərinin əhalisi anti-hökumət aksiyaları keçirərək, bütün siyasi məhbusların azadlığı üçün istək irəli sürərək, Ali-Səud rejimi hərbçiləri tərəfindən ərəbistanlı siyasi fəal Məhəmməd Saleh əl-Zənadinin həbs edilməsini pisləyiblər.

Ərəbistanın Daxili İşlər Nazirliyi tərəfindən bu ölkə hökumətinə qarşı aksiyalar ittihamına görə təqibə məruz qalmış Məhəmməd əl-Zənadi neçə gün öncə Ali-Səud rejiminin xüsusi təyinatlı qüvvələrinin hücumları zamanı yaralandı, sonra isə həbs edildi.

Ərəbistanın şərqindəki xalq hərəkatları hələdə davam edir və Ali-Səud rejiminin rəsmiləri bu məntəqə əhalisinin ayrı-seçkiliyə son vermək üzrə aksiyalarını yatırtmaq üçün təhlükəsizlik hərəkətlərinə əl atıblar. M-08

0 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут