Azərbaycanlıların düşmənlərini tanıyın!!! ll hissə
49, Москва, Россия

Uzun bir yazı olmasanıa baxmayın, oxuyun, Bu yazını oxuyandan sonra indi millətimizin öz taleyinə biganə olmasına görə, pessimist, köləliyə meyilli olmasına görə daha heç kim qınamayacaq.



Azərbaycanlıların düşmənlərini tanıyın!!! ll hissə
Araşdırma materiallarına görə filosof S.Abidinin «Üç budaq» ağacı haqqında ilk məlumat mənim üçün də maraqlı idi. Bu ağac haqqında Böyük Britaniyanın Baş Naziri olmuş A. Velinqtonun da (1828-830) məktublarında da rast gəlmək mümkündür. Nazir 1829-cu ilin iyulun 14-də dostu, kəşfiyyat generalı C.Emellə görüşlərində də məsləhət bilirdi ki, Azərbaycanın Astara yaşayış məntəqəsində, Şindan Qalası ərazisində boyu 40 sm olan, çəhrayı rəngli, qalın yarpaqları olan … «Üç budaq» ağacını hökmət ənlə etsin. Çünki bu ağacın budaqları ilə insan ürəyinin qocalmasının, gücdən düşməsinin qarşısını almaq mümkündür. Digər tərəfdən nazir A. Velminqton general C.Emmelə xatırladır ki, bu möcüzəli ağacın yarpaqlarının suyu və yaxud şirəsi dünyada geniş yayılmış bilavasitə genetik kodları iflic edən, xroiosomları zədələyən… bədxassəli limfanı sağaldan… gücə malikdir. Nazir məktublarının birində qeyd edir: «… Ceyms, mən səndən ancaq o möcüzələr yaradan ağac istəyirəm. O ağac bizim gələcək nəsillərimizin sağlam və gözəl, davamlı immunitetlərlə doğulması deməkdir. Sən o möcüzələri … işğal et Ceyms… (Diplomat A.Vellinqstonun «Məktubları»)

Məlumata görə «Bədxassəli Limfa» - Təbabətdə «Berkitta xəstəliyi») adlanır. Yeni doğulan uşaqlarda geniş yayılıb. Daha çox çənə sümüyündə inkişaf edir, metastaz verir. Metastazı limfa yolu ilə baş verir. Sonra qana keçir, hematogen yolla yayılır. Kəlləyə, sümüklərə, beyinə, qaraciyərə, böyrəyə, cinsiyyət vəzilərinə yoluxur, virus mənşəli olur, uşağı və hamilə qadını öldürür.

Araşdırma materiallarına görə ingilis generalına ünvanlanmış bu məktub ittifaqın səhiyyə nazirliyinin 9 saylı dərman peraparatları hazırlayan məxvi qrupda 1952-ci ilin dekabrın 2-də geniş müzakirə olunur. «Üç budaq» ağacı «məxfi pereparat» adı ilə kəşfiyyat sənədlərində qeydə alınır. 1952-ci ilin dekabrın 14-də həmişəyaşıl, qalın yarpaqları olan, gecələr ay işığında bənövşəyi közərti verən «Üç budaq» ağacından 22-ci Şindan Qalasından tapılaraq, Moskvaya göndərilir. Digər araşdırma materiallarında isə «Üç budaq» ağacını Şindan Qalasından tapan və onün yarpaqlarından, kötüyündən və budaqlarından genetik kodlar üçün, onun davamlılığı üçün kustar yolla peraparatlar hazırlayan əslən Astaradan olan, 1952-ci ilin dekabrın 28-də Bakıdakı Tibb Texnikumundan qovulan (?) Mikayıl Məhəmməd Hüseyn oğlu Ağasəlimzadə isə 1953-cü ilin yanvarın 9-da həbs olunur və müəmmalı şəkildə yoxa çıxır.

Başqa bir araşdırma materiallarında isə M.Ağasəlimzadə istintaqa, müstəntiq M.P.Mironova verdiyi ifadədə yazır: «… Mən millətimə məsləhət görərdim ki, gələn bəlalardan, xəstəlik və epidemiyalardan xilas olmaq üçün «Möcüzəli Ağacın» («Üç budaq»ın suyundan), şirəsindən içsinlər… Mən bunu kəndimin uşaqları üçün edirdim…» İttifaqın Səhiyyə nazirliyinin 2-ci şöbəsinin məxvi qrupunun üzvləri isə Hərbi Kəşfiyyat İdarəsinin əməkdaşları ilə birgə Astaranın Şuv, Sərək, Siyagül, Səncərədi… yaşayış məntəqələrində apardıqları kiçik yoxlamalarda əldə etdikləri nəticələrə görə həmin ərazilərdə insanlar arasında son əlli ildə bədxassəli şiş qeydə alınmayıb.

Araşdırma materiallarına görə 1953-cü ilin yanvarın 17-də Azərbaycanın mutasiyalardan sonra yaşayış məntəqələrində gedən dəyişikliklərlə bağlı 63 nəfər kəşfiyyat zabitinin (onlar haqqında az da olsa məlumat vermişdik) məlumatları dinlənildi, məxvi arayışları oxundu. Məlumata görə genetika ilə məşğul olan kəşfiyyat zabitləri Azərbaycanın müxtəlif orta və ali məktəblərinin, texnikumların həyətlərində keçirilən ilk zəng saatlarında min altı yüz (1600) müxtəlif ölçülü foto-şəkil əkilmişdi. (Uşaqların, ata və anaların, baba və nənələrin kəşfiyyat obyektivi ilə çəkilmiş şəkilləri regionda baş verən genetik dəyişmələri, mutasiyalardan sonra görünən əlamətləri dəyərincə izah edirdi). İttifaq üzrə şəkillər əsasında bölgülər aparanı, baş verən genetik dəyişikləri təhlil etməkdə ad qazanmış hərbi kəşfiyyat polkovniki T.S.Xan dinləməsinin əksəriyyətində iştirak edirdi. Arxiv materiallarına istinad etsək, təqribən 25 il öncə o, yazdığı «Virus» məqaləsində alim dostlarına belə bir sual vermişdi: - Səbəb nədir ki, 1938-1940-cı illərdə SSRİ-də baş verən epidemiyalarda ölənlərin, qırılıb məhv olanların sırasında Azərbaycan Respublikasının adı çəkilmir?» Alim qeyd edirdi: «… Tədqiqatlarım məni çaşdırmışdı. Necə ola bilərdi ki, tif xəstəliyindən 1939-cu ildə Ermənistanda 210 min, Gürcüstanda 270 min nəfər (bütün bu rəqəmlər təqribidir. Çünki ölənləri saymaq mümkün olmurdu) adam bu epidemiyadan məhv olmuşdu. Azərbaycanda isə bu epidemiyadan cəmi 6 nəfər ölmüşdü. Səbəb… Səbəb… Səbəb… fikirlərimə aydınlıq üçün qayıdıram bir az irəliyə. Məlumata görə XIX əsrin birinci yarısında Rusiya knyazı İvan Kalitanın (1325-1340) şəxsən özünün başçılıq etdiyi «Təbabət Şurası»nın həkimlərindən biri, ancaq insan ömrünün sirləri istiqamətində tədqiqatlar aparan həkim Vasili Pokrışkin ingilis həmkarı, Riçard Suf adlı çox ciddi tədqiqatlar müəllifi olan həkimdən başıbağlı, bir neçə yerdən möhür vurulmuş məktub alır. Psixoloq R.Suf rusiyalı həmkarına yazır ki, artıq on iki gündür çox ciddi bir məsələnin müzakirsində iştirak edir. Həkim R.Suf Londonda «Şarl Ta» kiçik mətbəəsində əl ilə basılmış «Səliqəli məktublar»ında yazır: «… 1326-cı il dekabrın 25-də gecə saat 3-ə 15 dəqiqə işləmiş yazılıb. Rusiyalı həmkarım, bioloq Vasili Bodrevə (Pokrışkinə) çatacaq. (Məktubun əslidir)… Dostum rasim, neçə gündür ki, Londonda kral II Eduardın ətrafında başlanmış müzakirələrdə iştirak edirəm. Mənə yaz görüm Azərbaycan adlı yer hardadır və oranın hökmdarlarından olan Hülakü xan kimdir? Mənə onun əslən xristian arvadı olan Doqraz (Doquz) haqqında… tarixi saxtalaşdırmadan məlumat ver. Çünki o xristian xanım Böyük Britaniya məxfi idarəsinin Azərbaycan üçün seçilmiş xanımlarından biri olub. Həmin illərdə Azərbaycana (mənə o yer haqqında məlumat ver) Böyük Britaniyadan varlı təbəqənin ailələrilə ailə qurmaq üçün 247 nəfər xristian qadını yola salınıb… Dostum Vasili! Mən sənə XII əsrdə dünyanın sayılıb-seçilən on bir din xadiminin imzaladığı məktubun surətini də göndərirəm…» (Mövzudan çalışıb, kənar çıxmaq istəmədim).

İmzalanmış məktuba gəlincə; bu məktub Xəzər sahilində qərar tutan Azərbaycan torpaqları ilə bağlı məktub idi. (Narahatçılığa əsas olmasın. Hər bir deyilən faktın sonundpa mənbə dayanır. Təkzib olunası mümkün olmayan mənbə Məktubu ingilis din xadimi Qaralanka, yunan Qranikin oğlu Filinin (yunan hökmdarı II Filippinin kötüyündən), italyan Avral Fiq, fransız Hayse Dens, alman Qunqild, rus Petro, Vatikanda yaşayan kardinal Adrian, portuqaliyalı Ordas, ispan Vilhelm, misirli Şabak, isveçrəli Karin… imzalamışdılar. (Bu məktubda on bir barmaq, on bir möhür yeri vardı. Amma təəssüf ki, bu məktubla bağlı Azərbaycan tarixində, fəlsəfəsində, səhiyyə kitablarında heç bir məlumat yoxdur). Məktub Azərbaycanla, onun yaşayış məntəqələrilə, adamları ilə bağlı məktub olduğundan maraq doğurmaya bilmir. Aydın olur ki, adları çəkilən və imza atan bu din xadimləri vaxtında Azərbaycanda olmuş, bizim keçirdiyimiz dini mərasimlərdə iştirak etmiş, xeyli tədqiqat işləri aparmışlar. İngilis həkimi R.Suf bu məktubu şərh edərkən, göstərir: «… Dostum Vasiliy! O torpaqdan mənə məlumat ver… Məktubu imzalayanları narahat edən məsələlər var… Vasili, o millətin (yəni azərbaycanlıların) qan hüceyrələri bu din xadimlərini iflic edib. O qan hüceyrələri əsrin ən ağır və ölümcül xəstliklərinə davamlı hüceyrələrdir. O qan hüceyrələrini gəzdirən insan məğlubedilməz olur. Vətənini, insanları, torpağını sevən olur… vasili, o qan hüceyrələrini gəzdirənləri sarsıtmaq olmaz. Onlar hər yerdə, həmişə güclüdür.

Zaman və vaxt gələcək o qan hüceyrələrini gəzdirənlər… dünyaya ağalıq etmək iddiasında olacaq. Din xadimlərini narahat edən, çaşdıran da bu məsələlərdir… bütün bunları din xadimləri qədim kitablardan oxuyub, öyrəniblər… Din xadimlərinin hər biri öz ölkələrinin başçılarına «ölməz və yaxud qızıl» məktub yazıblar. Onlar mənsub olduqları dövlətlərin başçılarına… Azərbaycana tələsməyi, orada əlaqələr qurmağı məsləhət bilirlər…»

Araşdırma materiallarına görə həmin dövlətlərin din xadimləri, hökumət və dövlət başçıları ilk növbədə öz ailələrini, şəxsən özlərini gələn ağır dərdlərdən xilas etmək üçün qan hüceyrələrinə görə Azərbaycana həkim ekspedisiyaları göndərirlər. (bu məktubu mənim üçün oxuyub, fikirlərini deyən, Tarix İnstitutunun arxiv idarəsində çalışan professor Yuri Stepanoviçə minnətdaram. Tədqiqatda etdiyim ekskursiyalar sizi çaşdırmasın. Çünki bütün bunlar tariximizin, milli varlığımızın oxunmamış səhifələri olaraq qalır).

Məlumata görə Azərbaycan ərazilərində çəkilən foto-şəkillərin təhlillərinə 1953-cü ilin fevralın 10-da yekun vurulur. Akademik P.A.Vayxır iddia edir ki, şəkillərə əsasən təhlillər lazımi nəticələrini verdi. Akademik, həkim-geneik P.A.Vayxır 16 səhifəlik, «Məxvi Arayış»ında yazır: «Mərhələ-mərhələ aparılan mutasiya layihələri öz bəhrəsini verib. Ciddi məsələlər üçün darıxmaq və tələsmək olmaz. Baxılan və təhlil olunan şəkillərin 23 faizi regionda yaranacaq yeni döllərdən xəbər verir. Onların əsl azərbaycanlı kimi böyümələri, yaşamaları sıfıra bərabərdir. Şəkillərdə təsvir olunan insanların sifət quruluşları (gözləri, qaşları, burun və dodaqları, çənə sümükləri, qulaqları) kifayət qədər (bizim üçün maraqlı olan dərəcə və ölçülərə qədər) dəyişib. Kəllə, baş quruluşları, əlləri, çiyinləri arasında ümumən bütün bədən simmetriyaları pozulub. Təsvirlərə görə rəyə gəlmişik ki, bu və gələcək nəsillər arasında immunitet zəifliyi çox aşağı olacaq. Yeni nəsillərdə ən adi xəstəliyə belə dözüm azalacaq…»


Məlumata görə akademik, kəşfiyyat polkovniki Paul Adler-Vayxır (əsl adı Nikolay Aleksandroviç Aleksandrov) on bir il Azərbaycanın yaşayış məntəqələrində Mutasiya layihələrinin icraçılarından biri olub. Tədricən bununla bağlı bəzi açıqlamalarımız olacaq.

Araşdırma materiallarına görə o vaxt Azərbaycan Dövlət başçılarının təzyiqləri nəticə vermədi. Kreml özünün «Məşvərət Bürosu»nu yaratmaqda israrlı oldu. Kəşfiyyat generalı E.M.Şuvalova verilən səlahiyyətlərin çərçivəsi yox idi. Heç kəs onun işinə və verdiyi əmrlərə qarışa bilməzdi. Mərkəzi Komitədə onun öz otağı var idi… Faktiki «Məşvərət Bürovu»nun əsl işi isə regionda başlanan «Gen əməliyyatı»na rəhbərlik idi.Professor N.Q.Xamutov İttifaqın Səhiyyə Nazirliyinin 4 saylı məxvi qrupunun başçısı Y.V.Vorobeyə göndərdiyi məktubda yazır: «… Yuri Vasilyeviç, xahiş edirəm mənim tərxis olunmağıma, təqaüdə çıxmağıma yardımçı olasan. Mən yorulmuşam, dostum… Daha bacarmıram…» 1953-cü ilin yanvar ayının 26-da professor N.Q.Xamutov heç kəslə məsləhətləşmədən intihar edib, Göyçayın Badamağacı kəndində özünü güllələyir… araşdırma materiallarına görə N.Q.Xamutov ölümündən qabaq həkim A.Q.Şaleşinə məktub qoyur. Həmin məktub isə A.T.Şamişinin şəxsi arxivində bu gün də saxlanılır. Professor, uzun müddət İranda, azərbaycanlılar yaşayan şəhərlərdə - Təbrizdə, Urmiyədə, Ərdəbildə Sovet rezidenturasında işləyən N.Q.Xamutov məktubunda yazırdı: «… Mən yoruldum… Biz bu millətdən - azərbaycanlılardan artıq nə istəyirik? Axı biz istədiyimizi almışıq. Daha yoxdur o millət, dostum. Var idi, indi yoxdur. Onun yaratdığı tarix də, ədəbiyyat da, musiqi də, kino da … özününkü deyil daha. Daha yoxdur tarixdə dahilər doğan, ixtiralar edən, düşünən o millət, yox. Arxayın olun».

Biz həmin professorun məktubunu yarımçıq saxlayıb, təhlil etmirik. Çünki ondan da ağır və insanı düşündürən məktublar, araşdırmaların nəticələri var. O da maraqlıdır ki, həkim A.Q.Şaminin bu məktubu öz arxivində saxlayaraq, kəşfiyyat idarəsinə təqdim etmir.

Araşdırma materiallarına görə 1953-cü ilin fevralın 3-dən Azərbaycan ərazisində ziyalılara, düşünən beyinlərə qarşı «Gen əməliyyatı» (camaat ona «Şuvalov əməliyyatı» deyirdilər…

1953-cü ilin fevralın 3-ü tarix olaraq qalır. Məlumata görə 1953-cü ilin fevralın 6-da Azərbaycanın elm və təhsil sistemində çalışan alimlərinə qarşı «Gen əməliyyatı»nın başlanmasına start verildi. 1953-cü ilin fevralın 8-də elm və təhsil ocaqlarında çalışan alim və tədqiqatçılarımıza «herabl» həbləri paylanıldı. (bu həblər alim və tədqiqatçılarımızın insanlara immunitetlərini artırmaq üçün verilirdi (?) Zahirən belə idi. Amma fakt bu idi ki, «herabl» həbləri artıq paylanmışdı. Məlumata görə bir həftə ərzində tədris məntəqələrində min üç yüz «herabl» həbləri paylanılmışdı.

Müharibədən çıxan, ağır günlərini yaşayan adamlar onlara edilən ən adi yardımları həvəslə qarşılayırdılar. İnsanlar bir-birlərindən xəyanət və pislik gözləmirdilər. «Herabl» pereparatları insanları kütləvi şəkildə süstləşdirir, ürək döyüntülərin əndazədən çıxarır, bədən bütövlükdə öz döyüşkən ruhunu itirir. Hesablamalara görə, məhz «Herabl» həblərindən sonra Azərbaycanda ziyalılar arasında sonsuzluq və ölüm halları artır. Məlumata görə, 1953-cü ilin fevralın birinci yarısında «Herabl»dan zəhərlənib ölən alimlərin ümumi sayı 10 nəfəri ötür. On doqquz nəfər bacarıqlı alim müəmmalı şəkildə ölüb, sıradan çıxdı. Amma bütün vaxtsız, vədəsiz işləri yoluna qoymaq lazım idi. Araşdırma materiallarına görə «Gen əməliyyatı»na başçılıq edən kəşfiyyat generalı E.M.Şuvalovun başçılıq etdiyi qrupun üzvləriylə görüşən alimlərin bir qisminin artıq genetik kodlarında dəyişmələr müşahidə olunurdu. Alimlər arasında yayılan ruh düşkünlüyü, psixoloji yorğunluq və halsızlıq, vaxtından qabaq qocalmaların sayı artırdı.

Araşdırma materiallarına görə general E.M.Şuvalov Azərbaycan alimlərinə, düşünən beyinlərinə qarşı daha ciddi bir planın həyata keçməsinə cəhd edirdi. Biz alimlərimizə, güclü zehni olan, beyin çəkilərinə görə, baş-kəllə quruluşlarına görə, geniş alınlarına və işıq saçan gözlərinə görə fərqlənən ziyalılarımıza qarşı (söhbət Azərbaycan ərazisindən gedir

Aparılacaq plandan danışacağıq. Hələlik isə yarımçıq qalmış fikir və düşüncələrimiz, sənədlərimiz və faktlarımız var. Məlumata görə Vatikan kordinalı Adrian və ingilis din xadimi Qara Lanka (bu şəxslər məşhur olan, lakin bu günümüzədək oxunmayan, araşdırılmadan məktubu imzalayan din xadimlərindəndir hələ də öz söhbətlərində Azərbaycandan, yaşayış məntəqələrindən, azərbaycaen miillətindən əl çəkmirdilər. Bu isə möcüzə olaraq qalırdı. İngilis din xadimi kilsədə keçirdiyi müşavirələrin birində (söhbət XIII əsrdən gedir «Gizlənmiş, Günəşə və yaxud Ay işığına bürünmüş mələklər»dən çox danışdı. O, iddia edirdi ki, yer üzündə mələklər doğulur və onları dünyaya gətirən torpaq var. Amma onun cəsarəti yox idi ki, desin dünyada doğulan mələklərin ocağı Azərbaycan torpağıdır. Azərbaycanı nişan verməkdə ingilis din xadimi cürət etmirdi. Amma onun, məsələn IX əsrdən yazılmış (ingilis həmkarı Varlam Panq tərəfindən) «Müqəddəs torpaqlardan üçüncüsü…» əsərindən, yunan filosofu Missidemin «Baş əyilən daş» əsərindən, yunan filosofu Missidemin «Baş əyilən daş» əsərindən (yəni daş önündə dayanıb, təzim etmək, baş əymək) xəbəri var idi. O, bu kitabları, eləcə də müqəddəslərin - Musa (s.ə) və İsa (s.ə) peyğəmbərin, sonuncu islam Peyğəmbəri Məhəmmədin (s.ə) çıxışlarını köçürənlərin əl yazılarını oxumuşdu. Analoqu olmayan məsələ bu idi ki, peyğəmbərlərin bu torpaqla bağlı dediyi fikirlər Allah tərəfindən vəhylə deyilən fikirlər idi. Bu fikirlərə toxunmağı arxivlərdən yığı bilmədik. Din xadimlərimiz və tarixçilərimiz, başqa ixtisaslı alimlərimiz qoyulmuş sərt qadağalardan qorxub, çəkindilər. (Vatikan kardinalı Müqəddəs Adrian yığıncaqların birində iddia edirdi: Bu millətin (söhbət Azərbaycan gedir) qadınları önündə baş əyin. Yer üzündə bu millət sahibi-yeganədir ki, onun qadınları arasından pozğun və əxlaqsız çıxmayıb. Yeganə millətdir ki, onun qadınları arasından şərəfsiz və ləyaqətsiz qadınlar çıxmayıb. Siz də oxuyun, oxuduğum kitabları. Görün bizdən qabaq bu millətin anaları haqqında nələr yazılıb…

Araşdırma materiallarına görə həmişə bizdən və torpağımızdan gileyli və narahat olub. (Xainlik, paxıllıq, şər və böhtan istiqamətində aparılan təbliğatlar, genetik yerdəyişmələr… Azərbaycanı çox bölüb, parçalayıb). Məlumata görə, ingilis dili xadiminin katibliyi ilə yazılmış və on bir din xadiminin imzası qoyulmuş məktub 1952-ci ilin dekabrın 2-dən 1953-cü ilin yanvarın sonunadək Kremldə, İ.Stalin və onun tərəfdarları arasında müzakirədə idi. (Doğrudanmı Azərbaycan tərəfinin bu müzakirələrdən xəbəri olmayıb? Bu sual məni həmişə düşündürür). Artıq din xadimləri açıqlama verirdilər ki, dini, təbabət, fəlsəfi kitablarda, xalq yaradıcılığında təsvir olunan və ancaq Allahın xəbəri olan mələklər xəyali və yaxud mifik anlayış deyil. Mələklər doğulur. Mələklər ölür… «… Mələklərin doğulan yeri isə Azərbaycandır». (Vatikan. Kardinal Adrianın Vatikana məktubu). Mənim üçün oxuduğum və rast gəldiyim bu tarixi sənədlər əsl genetik inqilab idi. Həmçinin bu «genetik anlayışdan» çıxış emək mənim üçün görünür hələ tezdir. Mən tələsmirəm, siz də bu ciddi və böyük tədqiqatlar üçün yeni meydanlar açan tarixi sənədlərə münasibətdə tələsməyin.

Araşdırma materiallarına görə 1953-cü ilin fevralın 21-də Azərbaycana «Genetiklər ekspedisiyası» gəlir. Səbəb və məqsədləri açıqlanmayan yeddi nəfərlik bu qrupun üzvlərinin hamısı ölkənin Müdafiə Nazirliyinin Leninqraddakı hərbi-sənaye kompleksinə məxsus, ən ağır ürək və şəkər xəstəlikləri üçün vaksinlər, digər dərman pereparatları hazırlayan hərbi sənaye kompleksinin əməkdaşları idi. Məlumata görə bu adamların hər birinin Azərbaycanın yaşayış məntəqələri haqqında geniş məlumatları var idi. Həmin anlarda isə general Şuvalovun qrupu Azərbaycanın doğum evlərində dünyaya gələn uşaqlarda baş verən və sürətlə gedən genetik prosesləri, dəyişmələri, qan hüceyrələrinin immunitet səviyyəsini, uşaqların beyin çəkilərini, ürək döyüntülərinin sayını hesaba alırdılar.

Səbəbi bilinmədən intihara əl atıb «oyundan» çıxan professor, kəşfiyyat zabiti N.Q.Xamutovun şəxsi arxivində saxlanılan məktubların birində o, yazırdı: «… Mən işlədiyim yerlərdə, ərazilərdə ancaq Dövlətin mənə etibar etdiyi vəzifələri yerinə yetirmişəm…. Azərbaycan mənim üçün yeni bir tarixi yaddaş olacaqdı. Mən həmişə generalın stolunun üstündə cızılmış qədim xəritəyə baxmağa can atırdım. O isə üstündə bir neçə möhürü olan xəritəni heç kəsə vermək istəmirdi. Çünki bu onun üçün «Dövlət Sirri» olaraq qalırdı. Onu da qeyd edim ki, bu əsl xəritənin köçürülməsi idi. Sonradan öyrəndim ki, (bunu mənə general Şuvalov özü dedi) bu xəritə VI əsrə məxsus bir xəritədir. Burada təsvir olunan ərazi bu günkü Xəzər sahilindəki Azərbaycan torpaqlarıdır. Digər alınmış yaşayış məntəqələri isə Mələklərin dünyaya gəldiyi, doğulduğu yerlərdi…»

Xatırladım ki , professor Xamutovun açıqlaması düz açıqlamadır. Qərara gəldik ki, gələcək yazılarda o yerləri nişan verək, əldə etdiyimiz məlumatları sizinlə bölək. (mən yenə xatırladıram ki, verilən məktubların, açıqlamaların mənbəsi var. Çünki hər bir yazının,Ö araşdırmanın gücü onun mənbəsindədir).

Amma bizim əsas məqsədimiz var. O məqsəddən isə yayınmağa haqqımız yoxdur. Mutasiya layihələrindəki yaşayış məntəqələrində baş verən genetik dəyişikliklərə gəlincə, bütün bunlar hələlik faciəmiz olaraq qalır.

(ardı var)

19 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут