Qifilbend ve acmasi  I
49, Москва, Россия

Asiq senetine boyuk hormetim var.Gozel Asigimiz Asiq Hasim Qubalinin qifilbendini gorende cox xosuma geldi.Istedim ozumu sinayim

Aşıq Haşım Qubalı

11:36 · Баку ·

.C Ə K Ə R
(Bəzi dostlar mənə deyirlər ki, qıfılbənd niyə yazmırsan? Buyurun görək kim aca bilər? Hələlik bu biri.)

O nə bəzirgandı yükü hazırdı?
Necə min dəvəni səhmana cəkər?
Borc alar aldığı borcu qaytarmaz,
Necə min köhləni xırmana cəkər?

O nədir olmasa dünya qərq olar?
Kohləni capanda yaşı, cərg olar.
Üzünü döndərsə, dünya tərg olar,
Elciləri onu ümmana cəkər.

Hansı evdir nə yerdədi, nə göydə?
Bircə nəfər sakin yaşar o evdə.
Fərq eyləməz ona ay, il ya həftə,
Var gücüylə səsin zəbana cəkər.

O nədir öldürər, bəzən dirildər?
Bəzən yıxıb tökər, bəzən nərlədər.
Hərdən quzu olar, hərdən isə nər,
Cəkəndə qılıncın hər yana cəkər.

Həm alimdi, həm cəlladdı, həm loğman,
Onu sevir, bəzən sevməyir insan.
Hər kəs bu hikməti acsa can qurban,
Haşım o insanı dastana cəkər.

13.05.2015.

---------------------------

Асиф Исрафилов

Heyat bezirgandi,yuku cekilmez,
Omur karvanini fermana ceker.
Qebir aldigini,geriye vermez,
Eder haqq hesabin,mizana ceker.

Sahibi olmasa,dunya qerq olar,
Yolunda seytan var,cox namerd olar,
Yaxindi zuhuru,boyuk ceng olar,
Qurandi dunyani imana ceker.

Konul evi,ne yerdedi,ne goyde,
Ilahi bir esq var,safsa,o evde,
Bazara ceviren olmayib nefde,
Odlu bir atesdi,zebane ceker.

Gecedir,oldurer,gunduz dirilder,
Nefs yixib toker,agil nerilder,
Unutqan insandi,yuz cilde girer,
Qudursa,qilincin insana ceker.

Dil alimdir,dil celladdi,dil logman,
Ondan cixan sozdu,yazilan ferman,
Men de can deyene,can etdim qurban,
Asif torpagina,suyuna ceker.


0 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут