"Unudanda Baxarsan..."
32, Азербайджан

Dedin,son xatirəm quru şəkildi,
Yazdın,unudanda baxarsan ancaq.
Mən səni unutsam...düşündünmü bir,
Şəklın səndən əvvəl unudulacaq...
Bilirəm,Bir daha dönməyəcəksən,
Əksin - yanan eşhqın bir ovuc külü...
Özün yad üreyi dinləyəcəksən,
Şəklinsə qəlbimin döyüntüsünü.

Səni saxlamağa çatmadı gücüm,
Açılan ne vaxtsa solması imiş.
Şəklini vərəqə köçürmək üçün
Arada neqativ olmalı imish.

Bu soyuq kağızda sevinc donubdur,
Kədərin hardasa yol gəlir hələ.
Üzünə xəfif bir gülüsh qonubdur,
Hicrana baxırsan sen güle-güle...
Bir anın hökmüylə dəyishir insan,
Necə əziz idi bayaq bu şəkil.
Sən özün bir sevgi xumarındasan,
Həmişe oyaqdır,oyaq bu şəkil.

Bir kağız üstündə donan ümidin
Qəmli gözlərində əbədi ocaq,
Şəklin vaxtı sayan saat kimidi,
Yadıma düşəndə baxıram ancaq...

1 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут