gələnlərə kədərlənərəm!
İçində sevgi olmayan həyat bahalıdır. Yaşamaq, qarşılığında mütləq əvəzlərin ödəndiyi bir
macəradır. Satın aldığımız bir mal kimi, həyatın da qarşılığında müəyyən bir şey edərik.
Əlinizdə tutuğunuz həyatın nə qədər funksional olduğu sualı gündəmə gəlməlidir. Bu an,
dünən, sabah, hamısının cəmində ortaya çıxan ömürünüz, həqiqətən ödədiyiniz qiymətə
dəyirmi? Həyat sizin üçün, sonunda çoxlu sıfırı olan bir çeklə alınmış bahalı bir şeydir.
Həmişə limanda bağlı qalan, içinə girib rahatlığını yaşaya bilmədiyiniz, heç dənizdə gəzə
bilmədiyiniz bir gəminin sizə nə xeyri olar? İçində sevgi olmayan bir ömür, eyni
dəmirlənmiş o gəmi kimidir.
Sevməyi heç öyrənə bilməmiş ürəklər, bahalı bir ömür sürərlər. Dünyəvi ehtirasların
ortasında yox olub gedər. Həmişə daha çoxuna göz tikən eqoist, sevgi dayanacağında
daynmağı fikirləşməz. Etsə də, o dayanacaqdan bir ürəyə minə bilməz.
Birini sevmək, özümüz üçün lazım olan bir hərəkətdir. Onun layiq olmasıyla, cavab
verməsiylə, doğru və ya səhv adam olmasıyla əlaqədar problemlər, münasibətin
problemləridir. Sevgini bağlamaz!
İnsan, heç olmasa bir dəfə belə aşiq olmalıdır. İçində məntiq olmayan, axmaq bir yolda
sürünməlidir. Sevgi atəşiylə qovrulub, özünü yandırmalıdır. Ağrı çəkməlidir. Sinəsinə vura-
vura aşiq olduğunu qışqıra bilməlidir.
Darıxmaq necə bir duyğudur, bunu öyrənməlidir. Ürəyinin sürətlə döyündüyünü, nəfəsinin
sıxlaşdığını, özündən daha çox birini düşünməyin nə demək olduğunu bilməlidir.
Fəda etmək, vermək, gözləmək, həsrət çəkmək, sevginindir. Bunların ağır olduğunumu
düşünürsünüz? Eşq, hamısına dəyən bir duyğudur! Sonunu, önünü, ardını düşünmədən
xoşbəxt olmaq, ancaq içi sevgiylə dolub-daşan biri tərəfindən reallaşdırıla bilər.
Mən ən çox, heç sevməmişlərə kədərlənərəm. Sevgiylə tanış olmamış bir ürəyin necəliyini
və kobudluğunu dərhal bilərsiniz. Ürəyi islah olmayanın, həyatı obyektivdir. Onun istəkləri
yalnız dünya zövqlərini əhatə edə bilər. İçinə sevgi olmayan həyat bahalıdır. Neyə əvəz
ödədiyinizə diqqət edin!
Bu bloq senin sevgi ile probleminle uygun gelir..
Dedim sene zamaninda gel seni alti bazar sevimde ))
hahhahahahhahah ))))))))))) duzdu baxiram ki, hardasa sozlerinde heqiqet var :D
düz deyirsən.
twk can
Seni az zaman deyil taniyiram )) Bilirem ne var ne yox )
deyesen ilk defe idi blogumu oxuyursan axira kimi :) serf eliyende oxuyursan da)) coxbilmiw ))
1 il idiki bloq yazmirdin maraqli bloqlariniz olurdu hemisede yazirdim ))) Bu bloq maraqli bloqduda ))
))))))))))))))) respectttt