ÖLəCəyini BiLƏ BiLƏ
33, Рач-Гиа, Вьетнам

Ətrafımıza baxdığımız zaman insanların dini yaşamaq məsələsində bir neçə qrupa bölündüyünü müşahidə edirik.
Allaha və axirət gününə inananlar və inandıqları kimi yaşayanlar öləcəklərini və Uca Yaradana dönəcəklərinin fərqinə vararaq yaşayırlar.
Doğrusu, Allaha və dinə inanmayanların (ateislər) dəli olmadıqlarına təəccüb edirəm. Madam ki, öldüyümüz zaman hər şey sona çatacaq və biz də yox olacağıq o zaman vəziyyət günbəgün daha da pisləşir. Zənnimcə, saniyə-saniyə puç olmağa doğru getdiyini hesab edən bir şəxsin hansı psixoloji vəziyyətdə olduğunu araşdırmaq lazımdır.
Məni əsas maraqlandıran məsələ Allaha və axirət gününə inanıb sanki heç ölməyəcəkmiş kimi yaşayan insanların halıdır. Çox təəssüf ki, cəmiyyətin əksər üzvlərini belə insanlar təşkil edir. Bu insanlar ölümü qəbul etmələrinə baxmayaraq, onu xatırlamaq istəmirlər. Dinlə, Allahla bağlı mövzularda olan söhbətlər onların xoşuna gəlməz. Bu cür söhbətlər onlara ölümü xatırlatdığı üçün belə məsələlərə baş vurmazlar. Onlar ən böyük zaminləri kimi ətrafındakı insanlara baxaraq yaşayırlar. Dünyanın ötəri zövqləri onlar üçün axirətdən daha əhəmiyyətlidir. Dünya ləzzətinin haram olsa da üstün tutulmasının səbəblərindən biri qarşılığını nəğd olaraq aldıqları üçündür. Bir cəmiyyətə daxil olduqları zaman əgər o cəmiyyətin nümayəndələri içki içirsə onlar üçün içmək ictimai bir davranış norması hesab edilir. Bu cür məsələlər digər haramlar üçün də keçərlidir. İstər qumar, zina, rüşvətxorluq və ağlınıza gələn istənilən pis iş olsun, bir-birilərinə baxaraq və bəlkə də bundan dəstək alınaraq edilir. Bu insanların bir çoxuna: “Allah, axirət varmı?” – deyə sual versək, hamısı dərhal: “Bəli, var” - deyə cavab verər.
Bəlkə də bir çox insan ölümdən məhz bu səbəbdən qorxur. Bəs, necə olur ki, bu insanlar öləcəyini, Allaha hesab verəcəyini bilə-bilə bu cür yaşamağa davam edirlər? Bax, bunu başa düşmək mümkün deyil. Fikrimizcə, ən mühüm səbəb Allahı, Onun gücünü, axirətin qorxuncluğunu kifayət qədər dərk etməmələridir. Əgər onlar bunu dərk etsəydilər, inanmalarına baxmayaraq, bu cür həyat tərzi sürməzdilər.

193 просмотров
 
Комментарии
lilia 01.10.2011

Məncə qeyri-düzgün həyat tərzi sürmək iradəsizlikdən və tənbəllikdən ola bilər. Heç kim ölmək istəmir, bu barədə düşünmək də xoş deyil. Mən razı deyiləm ki, bu dünyada yaşaya-yaşaya fikrimizi yalnız o biri dünyaya yönəltməliyik, bura sanki ruh kimi kənardan baxmalıyıq. Sadəcə olaraq necə düzgün yaşamağı bilmək lazımdı.

Ciara Ciara 01.10.2011

düzdü liliçkam, razıyam səninlə.ş sonuncu cümlə çox xoşumagəldi, hər kəs düzgün yaşayışa imza atmalıdır

LEGENDARY 01.10.2011

demeye bir soz yoxdu.cox gozel

Boss 01.10.2011

MARAQLIDI DODI...TSK ;-)

Дневники
Дневники обновляются каждые 5 минут