10.11.2013
cahar qosha
37, Азербайджан

–Adam gərək hər işi görəndə vicdanla görə, – deyə Murtuzmüəllim çaydan bir qurtum alıb stəkanı qırağa qoydu. – Axıniyə elə iş görəsən ki, sabah ağzı göyçəyin birisi sənə irad tutabilsin. Namus ki, var, ay Zəki, duru su kimi şeydir, bir damlaçirk düşdümü, bulanacaq.Murtuzla mən eyvanda oturub çay içə-içə söhbət edirdik.Yayın cırhacırı idi. Murtuz müəllim arvadını Kislovodskiyəgöndərmişdi, özü də sabah Soçiyə gedirdi, mən isə yayı Bakıdaqalmalı idim; qəbul komissiyasının üzvü idim. Söhbət də elə bubarədə gedirdi.Murtuz müəllim hələ küncdə-bucaqda gizlənib qalmış bəzibəzi adamlardan danışırdı. Belə-belə adamların bəziləri bəzəngörürsən hansı qaranlıq yollarlasa ali məktəb müəllimliyinə dəyetişir və min fəndlə özlərini qəbul komissiyalarına saldırırlar.Murtuz müəllim qəndi stəkanda isladıb ağzına qoydu,çayından bir qurtum da içdi və söhbətinə davam etdi:–Bəli, dəsgah onda başlayır. Bir ayın içində zalım balasıgörürsən özünü elə düzəldir ki, daha nə deyim. Altına o qədəryığır ki, ondan sonra evini top da dağıtmaz. Canımçün, Zəki,elə adam tanıyıram ki, hər balı düz min manata verir. Nəqd beşmin sana, bir beş qiymət başının altında.–Ay Murtuz, o haqq-hesabnan “iki” də gərək iki minə olsunki…–Sən zarafat elə! Canımçün, oğlanlar var ki, bir sessiyadaəlli mini, yüz mini qatlayıb qoyur cibinə. Bəs yayın bucırhacırında dəlidir qala Bakıda… Mənim kimi o da gedərözüyçün Soçiyə, Kislovodskiyə. Yox, bir il, iki il burda istidəbişə-bişə qalır ki, sonra bütün ömrü boyu kefi haraya gəldigedə bilsin… – Birdən Murtuz müəllim duruxub susdu,üzündən bir kölgə keçdi və gözümün düz içinə baxıb əlavə etdi: – Zəki, birdən ürəyinə ayrı şey gələr ha. Sən də bu yayqəbul komissiyasındasan, sonra deyərsən Murtuz mənə söz atır.–Əşi, ay Murtuz, heç istəmirdim, bilsən Əsəd başıma nəoyun açdı, güclə saxladı. Deyir…Murtuz sözümü ağzımda qoyub bərkdən şaqqıldadı.–Ay-hay! Rəhmətliyin oğlu, guya mən bilmirəm. Yox,qardaş, o sənin kimi, mənim kimilərin işi deyil, ona da xüsusifərasət, bacarıq, zirəklik lazımdır. O özü də bir ustalıqdır.Amma, ay Zəki, istəmirəm o fərasəti də, o pulu da, o qorxunuda. Köhnə kişilərin sözü olmasın, haram malın bərəkəti dəolmaz. Elə deyil?–Əlbəttə, Murtuz, elədir. Amma, doğrusu, mən bu aliməktəblərdə rüşvət məsələsinə də çox inanmıram. Bəlkə indiBakının on beş institutunun birində bir ya iki nəfər elənamussuz tapılar, ancaq görürsən bunu bəzən elə şişirdirlər ki,nə bilim daha necə!..Murtuz dərhal mənimlə razılaşdı.–Elədir, Zəki, əlbəttə, düzdür, amma axı onu da adamınvicdanı götürmür. Qırx ildi Sovet hökuməti qurulub, göyəadam buraxırıq, sən də burda qanunsuz, çirkin iş görəsən?Yaraşmaz e, yaraşmaz! Nə cəmiyyətimizə yaraşan işdi, nə dəxalqımıza! Mənə qalsa, mən belələrini lap camaatın gözüqarşısında güllələyərəm!–Bizim direktor Əsəd də elə deyir. Onun yanında bu barədəsöhbət düşəndə deyir ki, boş danışıqlardan bir şey çıxmaz. Bax,mənim institutumda bircə nəfər elə adam göstərin, sonratamaşa eləyin, dalısıynan işiniz yoxdur. Gör mən onun başınanə oyun açaram. Vallah, Murtuz, doğma qardaşı ola ha, biləqanunsuz iş görüb, öz əliylə boğar. Yaman mərd adamdır!–Ooo, Əsəd ayrı oğlandır. Kişi adamdır. Amma, Zəki,bilirsən də, o cür iş tutan elə tutur ki, fələk özü də gəlsə heç birşey isbat edə bilməz. Dərd də ondadır da!–Bəli.İkimiz də dərindən köksümüzü ötürdük. Murtuz nərd taxtanı açıb “uzun” düzməyə başladı. Mən atdım–”se”. O atdı “pənc”.Murtuz hər iki zəri əlinə alıb dedi:–Zəki, indi öz aramızdır. Sən də milyoner deyilsən də, ailənböyük, özün də aylıq məvacibə baxırsan. Çahar dü!–Özümüzə çatır. Dübarə!–Yox, onu demirəm. Pənc çahar. Bilirəm çatır. Bu çahar.Bəs pənc hanı? Yaxşı, bu da pənc. Amma kim istəməz ki, dahayaxşı yaşasın, daha gözəl dolansın. Yek oyna. Hə? Düzdemirəm? Hamı istəyər axı.–Doğrudur.–Hə. İndi sənin yerində o zalım oğlu fikirləşir ki, yaxşı, bucəhənnəm istisində qalmışam burda. Özüm də xəstə.Cəhənnəmə, dünyanı mən düzəltməyəcəm ki, bir iyirmidən,otuzdan alıb qoyum cibimə. Gedim yeyim, içim, gəzim, kefimiçəkim, dünya beş gündür, mənim də damağım çağ olsun, oimtahan verib instituta girənin də.Mən zərləri kənara qoydum:–Yaxşı, mənim də damağım çağ oldu, instituta girənin də.Bəs instituta düşməyənin necə? O bundan yaxşı bilirdi. Ammabu tapşırılmışdı, düşdü, o biri düşmədi. Bəs o düşməyənin kefidamağı necə olsun?Murtuz əllərini havada yellədi.–Məsələ də elə burdadır də. At zərivi. Yeqanlar! Burdaortalığa çıxır bir məsələ. Hansı məsələ? Namus, vicdan, qeyrətməsələsi. Şeş se. Bu şeş, bu da se.–Bilmədin, se əldən idi.–Hə, məsələ də ondadır, – deyə Murtuz sözünə davam etdi.– Deyir tüpürürəm sənin otuz mininə də, əlli mininə də. Birparça yavan çörəyimi yeyərəm. Namusum, vicdanım ləkəsizqalar, gül kimi adımı bədnam eləmərəm. Xalqımın da gözününiçinə dik baxa bilərəm. İki bir! Mən ölüm elədir, ya yox?–Elədir ki, var, – dedim. – Şeş qoşa!–Əsas xalqdır, Zəki, xalq! Biz gərək elə iş tutaq ki,xalqımızın başı uca olsun. Ali məktəb xalqın yüksəkliyidir.Müəllim millətin fəxridir. Ali məktəblərdə çirkin işlər tutmaqolmaz. Müəllim gərək nalayiq hərəkət eləməsin. Xalq, millətbizdən haqq-hesab tələb eləyəcək. Bu andıra qalmış iki birməndən nə istəyir!… Zəki, bilirsən, bizim millətin gözəl birənənəsi var. Düldülü! Bu da ondan ibarətdir ki…Təəssüf ki, mən bu ənənənin nədən ibarət olduğunu biləbilmədim. Zəng çalındı, mən qapıya getdim və Murtuzun sözüyarımçıq qaldı.Gələn iki nəfərdən biri bizim əvvəlki evdə qonşumuz idi.İkinci kişini ilk dəfə görürdüm.–Xoş gəlmisiniz, buyurun, Sadıq, içəri keçin.–Zəki müəllim, bizim xalaoğluyla tanış ol.–Çox şadam, Zəki İmanzadə.–Teyyub Cahangirov.–Zəki müəllim, deyəsən qonağın var?–Hə, gəlin, tanış olun. Murtuz müəllim bizim hörmətlimüəllimlərdəndir.Sadıq əl verdi:–Necə ki, adın çox eşitmişdik, amma şəxsən tanış deyildik.İndi şükür, feyziyab olduq.Murtuz dedi:–Yaxşı igidin adını eşit, üzünü görmə.Sadıq irişdi:–Yox, müəllim, igid elə igiddir. Adı da, özü də. Amma Zəkimüəllim görünür sizdən də igid çıxıb. – O, nərdi göstərdi, –deyəsən marsdı?–Yox, hələ demək çətindir. Yaxşı, Murtuz, oyunumuzuburda saxlayaq. Dalın sonra oynarıq. – Qonaqlara müraciətetdim: – Çaydan, çörəkdən?Razılıq etdilər.–Bilirsiniz də, arvad-uşağı göndərmişəm Şuşaya. Sizə yaxşıqulluq eləyə bilməyəcəm. Amma indi olandan…–Ay Zəki müəllim, subaylıq-sultanlıqdır. Bildik təksən,dedik bir baş çəkək, görək nə var, nə yox.–Hə, lap yaxşı. Çoxdan görünmürsən, Sadıq.–Əşi, iş-güc qoyur ki!–Bir–birimizin kef-əhvalı haqqında, ailələr haqqında nəmümkünsə hamısını soruşub cavab aldıq. Hava söhbəti də,necə deyərlər, tamama yetdi. Daha danışmağa söz yox idi.Sükut çökdü. Sadıq “Kazbek” çıxardıb hamıya təklif etdi.Murtuz çəkən deyildi. Teyyub alıb çəkməyə başladı. Sadıq birqullab vurub dedi:–Zəki müəllim, sən ki, maşallah, çəkən deyilsən, – sonraüzünü Teyyuba tutub əlavə etdi: – Zəki müəllim nə papirosçəkər, nə də o zəhirmardan dilinə vurar.Teyyub nə isə anlaşılmaz bir şey fısıldadı. Bu kök, yekəpər,qırmızısifət, şişman kişi bayaqdan bəri öz adından başqa birkəlmə belə söz deməmişdi. O, yalnız parovoz kimi tövşüyür vəüzündən salxım-salxım axan tərini silirdi.Sadıq hırıldadı:–Doğrusu, Zəki müəllim, qulağıma bir söz çatıb, amma heçinanmağım gəlmir. Deyirlər maşın almaq istəyirsən. Necəsöhbətdi?–Nədi ki, yetim əlində qoğal əcayib?–Eh, ay Zəki muəllim, kaş elə mən də sənin kimi yetimolaydım!Sadıq bunu deyəndə Teyyub bərkdən kişnədi. Güman ki, buonun gülüşü idi. Sadıq irişə-irişə davam etdi:–Adamın bir-iki nəfər sənin kimi “yetim” dayısı olsa, nədərdi var? Zəki müəllim, sözüm ondadır ki, belə səninlə maşınnə isə uyuşmur e. Sən belə təmkinli, sakit adamsan, suyuüfürə–üfürə içirsən, səni rul dalında heç təsəvvür edə bilmirəm.Hə, Zəki müəllim, mən ölüm, vur bura! – Sadığın üzününifadəsi ciddiləşdi. – Amma zarafat bir yana qalsın, lap yaxşıfikrə düşmüsən. Maşın ayrı aləmdir! – O, Murtuza tərəf döndü.– Müəllim məndən yaxşı bilər, elə rəhmətlik Sabir kişi dədeyib ki, əcnəbilər balona minib göydə mayallaq aşırlar, bizhələ avtomobilə də minmirik.–Sabir bir az ayrı cür yazıb, – deyə Murtuz sözə qarışdı. –Amma ümumiyyətlə maşın yaxşı şeydir. Mən özüm də bir“Volqa”dan, “Pobeda”dan almaq istəyirəm. Oğlum iki ayağınıdirəyib bir başmağa. Görək, gələn il düzəlsə…Sadıq birdən Teyyubun çiyninə şappıltı ilə çəkdi və hər ikisibərkdən qaqqıldadı.–Necə yəni düzəlsə, ay rəhmətliyin nəvəsi! Teyyub lələnincanı sağ olsun! Bütün Bakının cəmi maşınları bu kişininixtiyarında! Ölməmişik ki, haçan desən qulluğunuzda hazırıq!–Qul sahibi olasınız. Çox sağ ol, əzizim, çox razıyam.–Yox, öz canımçün doğru sözümdür. Yaxşı, sən ki, Zəkimüəllim “Volqa”nın açarını qoymusan cibinə!Mən əvvəl başa düşmədim, sonra isə anlayıb güldüm.–Ay Sadıq, bəxtəvərlikdən dəm vurursan. Açar-zad nədi, akişi, qoy oturmuşuq. Hələ növbəyə yazılmışam, məndən qabaqyüzə qədər adam var. Özü də “Volqa”ya gücüm çatmaz,“Moskviç” almaq istəyirəm.Sadıq və Teyyub elə bərkdən şaqqıldadılar ki, (Teyyub,daha doğrusu, kişnədi) elə bil qarşılarında mən – Zəkiİmanzadə deyil, Molla Nəsrəddinin özü oturub ən duzlulətifələrindən birini danışırdı.–Ay Zəki müəllim, ay Zəki müəllim, idealist olub qaldın! Əkişi, növbəylə kim maşın alır! Növbəyə dursan, on il dəduracaqsan!–Camaat necə, mən də elə.Hiss edirdim ki, şablon sözlər deyirəm. Ançaq bəzən eləşərait olur ki, həqiqəti, doğrunu məhz şablon sözlərlə ifadəetmək lazım gəlir.Birdən Sadıq sanki nə isə xatırlayıb mənə baxdı.–Dayan, dayan, Zəki müəllim, deyirsən “Moskviç”istəyirsən?–Aha,–Çox gözəl, çox da pakizə! – Sadıq əlini-əlinə vurubTeyyuba tərəf döndü. – Teyyub, bu saatca ağlıma bilirsən nə gəldi? Sən öl, sənin “Moskviç”in lap Zəki müəllimin malıdı!Teyyub nə isə fısıldadı. Sadıq eyvandan əyilib, aşağıdaqapımızın ağzında dayanmış yaşıl “Moskviç”i göstərdi. –Budur e, elə burda dayanıb. Teyyub “Volqa” alıb, odur ki, eləbu “Moskviç”i verməyə adam axtarırdı. Özü də qət təzəmaşındı.Murtuz xəbər aldı:–Nə qədər gedib?–Cəmi-cümlətanı beş min iki yüz kilometr! Özü də,canımçün, motoru saat kimi işləyir. Hə, Zəki müəllim,sağlığına qismət olsun!–Çox sağ ol, Sadıq, amma bu nisyə söhbətdir. Bu saatmənim maşın almaq imkanım yoxdur. Mən bir ilə, il yarımanəzərdə tutmuşdum.–Eh, ay Zəki müəllim, Teyyub elə oğlanlardan deyil. Götür,maşın olsun sənin. Pul-zad da lazım deyil. Mən elə bunuTeyyubun da adından deyirəm, neçün ki, xasiyyətinə bələdəm.–Yaxşı qanmadım, necə yəni? – Mən bunu deyəsən birqədər sərt dedim, çünki Sadıq nə isə tutulan kimi oldu vədərhal sözü dəyişdi.–Yox, onu deyirəm ki, yəni qaçhaqaç deyil ki, dostuq,aşnayıq. Adamın adama doverisi olar. Götür maşını işlət. Pulunda vamnan verərsən. Bir hissəsini indi, bir hissəsini bir il, ilyarımdan sonra, haçan kefin istəsə!–Çox sağ ol Sadıq, amma bu havayı danışıqlardı, keç ayrısöhbətə.Sadıq susdu və nədənsə əyri-əyri Murtuza tərəf baxdı. Bubaxışı mən də, Murtuz da tutduq. Az sonra Murtuz ayağadurdu:–Zəki, telefon hardadır, mənim bir uzun-uzadı telefonsöhbətim var.Murtuz o biri otağa keçdi. Sadıq stulunu mənə yaxın çəkibsəsini bəmə saldı.–Zəki müəllim, vallah, sənin belə qəribə xassiyyətin var e!A kişi, biz də sovet vətəndaşıyıq, vətəndaşlıq borcumuzu dabilirik və indi bacardığımıza, fərasətimizə görə yerinəyetirməyə də çalışırıq. Amma belə vasvasılıq da yaxşı deyil də,he, he, he! Zəki müəllim, yaxşı, sən maşını mağazadan yox,bizdən alsan, pulunu da birdən yox, erməni demiş “qamasqamas” versən dünya dağılmaz ki, sovet hökumətinə bir şeyolmaz ki, hə?–Yox, olmaz.–Nə olmaz?–Sovet hökumətinə bir şey olmaz, amma o sən deyən iş dəolmaz, baş tutmaz.–Bax, bu olmadı da, Zəki müəllim, sən özünü bizə yadbiləndə, biz də səni yaxın saya bilmərik, bir sözümüz, dərdimizolsa, deyə bilmərik. Hə? Mən ölüm, necə sözdü?Mən nəzakət və qonaqsevərlik haqqında bütün bildiklərimisəfərbər edib gülümsənən sayaq oldum.–Yox, niyə ki…–Bilirsən, Zəki müəllim, indi mən sənin yanına ərk eləyibgəlmişəm. Bizim xalanəvəsi, Teyyubun oğlu sənin sənətiniseçib. Deyir elə mən də Zəki dayım kimi olmaq istəyirəm. Hə,indi dokumentlərin də verib sizin instituta. Maşallah, çoxzəkalı, qabiliyyətli uşaqdır, amma bir az utancaqdır, bir də beləçox nervnidir, imtahan-zad olanda da lap özünü itirir,bildiklərini də yadından çıxarır, görürsən dili tutuldu, bir kəlmədanışa bilmədi. İndi, Zəki müəllim, uzun sözün qısası, sənideyib gəlmişik. Teyyub mənə deyəndə dedim xalaoğlu, sən laparxayın ol, ürəyivi buz kimi elə, Zəki müəllim mənimləqaranoydı, qardaş kimiyik, sözümü yerə salmaz. Zəki müəllim,gərək elə biləsən öz balandır. Necə deyərlər, əti sənin, sümüyümənim, gərək ona kömək eləyəsən, biz orda səndən başqa heçkəsi tanımırıq. İndi sən özün bil də, kimi görmək lazım, nəlazımdı, göz üstə! Sən ancaq bizə papaq elə!Teyyub nəhayət dilləndi:–Xəcalətdə qalmarıq, – deyə fısıldadı.Mənim ürəyim şiddətlə döyünürdü. Hiss edirdim ki, rəngimdə qaçmışdır. Ağzımı açıb bir kəlmə danışa bilmirdim, elə bilnitqim tutulmuşdu. Sadıq yan cibindən balaca bir kağız çıxarıbmənə uzatdı:–Bax, uşağın adı, qruppası, listin nömrəsi, hamısı burdayazılıb. Amma, Zəki müəllim, sən məndən yaxşı bilərsən,hamısı beş olmasa balı çatmaz, ha. Bir də ki, – o, yenidənküçəyə əyildi, – şərtimiz belədir, biz səni dost bilib, ərk eləyibuşağı tapşırırıq, sən də gərək bizi dost biləsən, ürəyimiziqırmayasan, maşını qaytarmayasan.–Peşkəşi qaytarmazlar ki, – deyə Teyyub bir daha fısıldadı.Mən kağızı Sadığa uzatdım:–Otuz il müəllimlik eləmişəm, Sadıq, – dedim. Hiss edirdimki, həyəcandan səsim əsir, bir uşaq kimi əsəbiləşdiyimçün dahada pərtləşirdim, – səninlə də beş il qonşu olmuşuq. Amma,doğrudan təqsirkaram, nöqsanımı boynuma götürürəm, bu günəqədər səni tanımamışam, nə yuvanın quşu olduğunubilməmişəm. İndi tanıdım.Sadıq belə gözləmirdi. O, bir an karıxdı, lakin dərhal özünüələ alıb dedi:–Belə niyə, Zəki müəllim, niyə qanını qaraldırsan, biz sənədost kimi…–Mənim sən adda dostum yoxdur.–Belə oldu?–Hə, belə oldu.–Axır sözündür.–Ümumiyyətlə səninlə axır görüşümdür.Teyyub fısıldaya-fısıldaya:–Bacıoğlu, bəlkə “Moskviç”i bəyənmədin, “Volqa”düzəldərik, – dedi.Ən dəhşətlisi o idi ki, bu adam bu sözləri kinayə kimi yox,ciddi təklif kimi deyirdi.–Bu saat ikiniz də itilin burdan, yoxsa prokuror çağıraram.Mən onların ardınca qapını çırpan kimi Murtuz təəccüblə soruşdu:–Nə oldu?–Heç nə əşi. İti qovan kimi qovdum.–Niyə axı, nə deyirdilər ki?Biz eyvana çıxdıq.Mən hələ də əsəbdən titrəyə-titrəyə məsələni danışdım.–Əşi, bir toxta, belə nadürüstlərlə neyləmək olar!Əsəbiləşmə! At! dü!.. Namus, vicdan ki, olmadı… çətindi. İkibir. Ən pisi də o oldu ki, bir şey eləmək olmur. İşi elə bictuturlar ki: şahid yoxdur. Heç nə isbat eləməyəcəksən. Üstəliksənə böhtançı adı da yaxarlar, kitab bağlanar.–Bəli,– dedi, – bəla da ondadır. Amma, aşna, öz aramızdır,marssan ha.–Hə, indi bir dörd çahar Murtuz lələşinçün dərmandır. Aydörd çahar hardasan?–Al, bu da dörd çahar. Sən istədin, mənə gəldi.–İt sümüyüdür də, – deyə Murtuz həsrətlə zərlərə baxdı.Maşın qapısının şappıltısı eşidildi. Çağrılmamış “qonaqlar”yaşıl “Moskviç”lərinə əyləşirdilər. Birdən gözüm maşınınnömrəsinə sataşdı. Sən bir təsadüfə bax, nömrə mənim atdığımzərlərin eyni idi: 44-44. Dörd çahar.– Yaxşı, Murtuz, – dedim, – sən mars! Amma mən bununecə oynayım axı? Nəyimə lazım idi mənə dörd çahar verdi?Murtuz köksünü ötürdü:–Allah ondan mənə vermir ki…Bu əhvalatın nəticəsi sonrakı il oldu. Onu da deyim ki, o ilTeyyubun oğlu birinci imtahandan üç aldı, mənimimtahanımdan isə bütün obyektivliyimə baxmayaraq (axı,uşağın nə təqsiri vardı?), bir suala belə cavab verə bilməyibkəsildi.Gələn yay qəbul komissiyasına mənim yerimə Murtuzqalmışdı. Mən isə ailəmi bir “Pobeda”ya doluşdurub Göy göləaparmışdım. Bir-iki yerdə az qala qəzaya uğramışdıq, ammaümumiyyətlə pis keçmədi. Avqustun axırında Bakıya qayıtdıq.Sentyabr gəldi, dərslər başladı. Bir səhər qəzetləri gözdənkeçirəndə gözümə bir felyeton dəydi. Ora-burasına baxdım,gördüm adlar tanışdır. Söhbət mənim bildirki qonaqlarımdan –avtomobil alverçiləri Teyyub Cahangirovdan və SadıqMəhərrəmovdan gedirdi. Min cür fırıldaq işlətmiş bu qoşaharamzada indi məhkəmə salonunda da cüt oturmuşdular.Felyeton çox duzlu yazılmışdı. Yaman da geniş yayılmışdı.Küçədə, bayırda hamı ondan danışırdı. İnstitutdamüəllimlərdən biri məndən soruşdu:–Oxumusan?–Hə.–Amma yaman yazıblar. Çox tutarlıdır. Bilirsən də, hərifinoğlu bizim institutda oxuyur.–Kimin oğlu?–Əşi, Cahangirovun da. Odey, bax, həmin o gədədir.Uzunsaç.Mən o göstərən səmtə baxdım və gözlərimə inanmadım. Buhəmin bildir kəsdiyim oğlan idi.–Necə oxuyur? – deyə soruşdum.–Necə oxuyacaq? Avaranın biridir! Dərsə-zadada gəlmir.Bilmirəm heç bura necə düşüb.Birdən elə bil məni ildırım vurdu. Yadıma düşdü ki, Murtuzdeyirdi təzə maşını var. O, maşını institutun həyətindəsaxlayırdı. Mən həyətə qaçdım.Bəlkə də məni təqsirləndirəcəksiniz, bəlkə deyəcəksiniz ki,Zəki maymaqdır, sadəlövhdür, adamları tanıya bilmir, həmişəgec tərpənir. Amma hər halda mən həyətdəki yaşıl “Moskviç”in44-44, dörd çahar nömrəsini görən kimi birbaş Əsədin yanınagetdim.

4 просмотров
 
Комментарии
GACT 13.11.2013

Murtuzkimiler ehhh o qederdi...yenede adida maraqlidi ozude.

kisi-olun kisi-olun 17.11.2013

:-)

Дневники
Дневники обновляются каждые 5 минут