seir... serh yazmagi unutmayin....
37, Азербайджан

Kaş mən ağlayanda susaydı yağış

Getmişdim görüşə yağışlı bir gün,
Qıza sevdiyimi bildirmək üçün.
Yağış da ağladı mənə həmin gün, `
Sanki göz yaşımı öldürmək üçün.

Həmişəki yağışa heç oxşamırdı,
Bu yağış göylərin fəryadı imiş.
Həyatim dediyim həmin gözəl qız,
Demə özgəsinin həyatı imiş.

Dost kimi istədin məni sevmədin,
Əllərim titrədi, gözlərim doldu.
Bu sınıq qəlbimi heç düzəltmədin,
İlk görüş əslində son görüş oldu.

Sonra qucaqlayıb öpdün üzümdən,
Dünya fırlanırdı başımda mənim.
Yaşlar gilə-gilə qopdu gözümdən,
Dost kimi durmuşdun qarşımda mənim.

Sən özgəyə aşiq mən isə sənə,
Əvvəldən bilsəydim heç ağlamazdım.
Heç bir söz demədim həmin gün sənə,
Səssiz evə gəlib bu şeiri yazdım.

Sevgim başlamamış nöqtə qoydular,
Nə dəyə bilərəm bu ayrılığa?
Yağışmı günahkar sənmi günahkar?
Səni nə apardı məndən uzağa?

Səssiz, aram-aram ağlayan yağış!
Mənim ümidimi qırmısan daha.
Ağlayan gözlərlə eyləmə yarış,
Ağlama ağlama nolar sus daha.

Can verən sevgini öldürməkdənsə,
Kaş ki, həsrətləri yusaydı yağış.
Axan göz yaşımı dindirməkdənsə,
Kaş mən ağlayanda susaydı yağış....




------------------------------------------------------------


Daha inanmıram yar olmağına

Düşündüm yaxınsan, bir nəfəs kimi,
Soyuq bir səssizlik boğur eşqimi.
Mən səni sevmədim bir həvəs kimi,
Bəlkə də sənsizlik boğur eşqimi.

Eşqinlə alışdım, eşqinlə yandım,
Mən alov, sən isə bir külüm oldun.
Ömürlük sevdaya sənlə inandım,
Könül baxçamdakı bir gülüm oldun.

Mən səni sevirəm,dünyalar qədər,
Amma qazandığım sənsizliyimdir.
Sənsə qəlbini yox, verirsən kədər,
Ölümüm yatağda səssizliyimdir.

Gözlərim önündə zülmət qaranlıq,
Xəyalda öpürəm yanağlarından.
Gözlərim qaraldı, öldüm bir anlıq,
Çünki öpmüş idim dodağlarından.

Eşqinlə yaşaram, ölüm nədir ki,
Məzarım üstündə sən ağla ancaq.
Ölərəm səninlə, gülüm, nədir ki,
Sevgim ruhumdadır,yox olmayacaq.

Məhəbbət insanın varlığı, özü,
Onsuz yaşamağın mənası yoxdur.
Məhəbbət könlümün ən şirin sözü,
Bu könlün ayrı bir dünyası yoxdur.

Unutma, sevgilim, sevgi gərəkdir,
İnsanın həyatda var olmağına.
O bir fırtınadır, dəli küləkdir,
Daha inanmıram yar olmağına.
 

28 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут