serh yazmagi unudmayin....
37, Азербайджан

Evlilik səninçün loto deyil ki...

Yollarım heç yerdə qovuşmur sənə,
Anangil de, səni kimə verirlər?
Gah yaşım, gah boyum uyuşmur sənə
Gah da gündə sizə elçi gəlirlər...

Sevgi qiymətimi niyə kəsirsən?
Gəl, bizim sevgiyə qıyma, günahdır.
Sən axı vitrində əşya deyilsən,
Özünü hərraca qoyma, günahdır.

Bir gün gec olanda ağlama, çünki
Ağlamaq yaramır vallah bir işə.
Evlilik səninçün loto deyil ki,
Torbadan ər çıxsın altı gedişə...

Kimlər sənin kimi ərə gedirsə,
Arzumdur sənintək yanılmasınlar.
Ərini atanla-anan seçirsə,
Denən sığortasız ər almasınlar.

Şeirimi eşq ilə yanana göstər,
Baxsın ki, nə hala saldılar məni.
Şəklimi aparıb anana göstər,
Bəlkə kreditə aldılar məni...
 

4 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут