İnsan qiymətli və xüsusidir
35, Roseau, Доминика

Bəzən elə şeylər olar ki, etdiklərimizdən ya da düşündüklərimizdən peşman olub bir daha etməyəcəyəm və ya bir daha belə düşünməyəcəyəm deyərik, amma yenə də fərqində olmadan bu tip davranışların içində özümüzü taparıq...

Bu vəziyyəti aşa bilmədiyimiz zamanlar olar.

Nümunə verəcək olsaq çoxumuz ətrafımızdakı tanımadığımız kəslər haqqında həmişə ön mühakimələr yürüdürük... İnsanların xarici görünüşlərinə, danışma tərzinə, davranışlarına baxıb daha ilk gündən onlar haqqında bir şeylər deyirik...

Halbuki yaxşıca tanıdıqdan sonra qərar versək, şərh etsək daha yaxşı olar...

Çünki çox vaxt başda qurduğumuz ön mühakimənin səhv olduğunu görüb peşman olarıq...

Yeri gələr özümüzə əsəbləşərik, niyə belə düşündük deyə... Amma bu hirsliliyimiz, peşmanlığımız keçicidir... Özümüzə nəzarət etməyi bacara bilmədiyimiz üçün bir sonrakı hadisədə də eyni duyğuları yaşayarıq...

Vəziyyət belə olunca həyatımızda peşmanlıqların yeri daha çox olar...

Amma nədənsə bu zənciri heç cür qıra bilmərik... Ya da qırmağa qorxarıq orasını tam bilmirəm... Bildiyim tək bir şey var, o da nə olursa olsun bu zənciri qırıb insanlara cana yaxın bir şəkildə yaxınlaşaraq onların içindəki yaxşını ortaya çıxararaq onlara ən gözəl şəkildə davranmalıyıq... Heç bir zaman unutmayaq ki...
HƏR İNSAN QİYMƏTLİ VƏ XÜSUSİDİR...

3 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут