Mən SƏNƏ həsrət.....
39, Азербайджан






Milyon ildir torpaq göyə boylanar,

Çiçəklər günəşə...

Milyon ildir aşiqlər oda yanar,

Pərvanələr atəşə.

Mən ayrılıqlara yandım....

Yaradana ALLAH deyib

Yendi ucalığından insan....

Mən SƏNƏ yendim....

Yendi ucalığından insan –

Elə bildi ki dualarıyla

Mələklər çiynində gələr səadət...

Milyon il bu gümanla

Bəndələr Tanrıya həsrət

Mən SƏNƏ....

Ömrümüz bir an kimi, rüzgar kimi,

Ötüşüb keçib gedər.

Ömrümüz sonsuzluq ölçüsündə

Bir gözəl kəpənək ömrü qədər.

Öz kiçik ömründə kəpənəklər çiçəklərə can atdı,

Mən SƏNƏ....

Payızda göz yaşlarım üzümü,

Yağışlar pəncərəmi yudu.

Payızda sapsarı yarpaqlar ağacların ruhudu.

SƏN mənim....

Günahkar bəndələr tövbəsiz, dinsiz,

Dənizlər yosunsuz, balıqlar dənizsiz

Yaşaya bilməz.

Mən SƏNSİZ....

246 просмотров
 
Комментарии
Ciara 05.11.2012

Men de onsuz yashaya bilmerem :) beyenilsin

Rainfall Rainfall 05.11.2012

*GIVE_HEART* cox sag ol

Ismayil9 07.11.2012

davami...
sen sevinsende mensiz
insan yasaya bilmez nefessiz
soz verirem sevmerem hec neyi sensiz
sen sevsende her seyi mensiz.

Sevgi nedir ki, bilirsiz?
oxuyun bilessiz.Yazdi Ismayil werhsiz....
Ozum yazdim necedu???? *YAHOO* *YAHOO* *YAHOO*

Дневники
Дневники обновляются каждые 5 минут