Mehelle futbolunun yazilmis qanunlari
32, Азербайджан

1. Oyun oyunçular yorulanda bitir.
2. Hakim olmur.
3. Penal yıxılan oyunçu əgər şüvən
salarsa verilir.
4. Hesab qeyri real olur; məsələn
12-8.
5. Topun yiyəsi inciyib gedərsə
oyun bitir .
6. Ən kök oyunçu qapıçı olur.
7. Penal olduğu zaman qapıçı
dəyişərsə, 2 dəfə penal vurulur.
8. Topun sahibi qapıcı durmur
9.Topu uzağa vurdunsa ya da
qonşunun həyətinə düşdüsə sən
gedib gətirməlisən.
10.Topun sahibi kimdirsə oyunun
şərtləri də onun tərəfindən
qoyulur.
11.Ofsayt , aut , kart sistemi
qüvvədən düşür.
12.Oyun axşama qalırsa hesab
azalır və " son qol " oynanılır.
13.Uşaq həm qapıçı , həm
oyunçu kimi oynaya bilər.
14.Udan komanda "gedin məşq
eliyin" ifadəsini mütləq işlədir.
15.Oyun bitən kimi uduzan
komanda "sabah sərinlik düşəndə
bir də oynayaq ? " deyir.

26 просмотров
 
Комментарии
Namelum 17.06.2013

)))))))))

SeNaToR 18.06.2013

))) yaxsidida bele olmalidi qeyri adi

Дневники
Дневники обновляются каждые 5 минут