“Bəyin oğurlanması” filmindəki o məşhur ev
27, Азербайджан



Azərbaycan kinematoqrafiyasının ən uğurlu filmlərindən olan "Bəyin oğurlanması"nın əsas kadrlarından bəzilərinin çəkildiyi evin fotosu yayılıb.
Film 1985-ci ildə Şamaxı rayonunun Məlhəm kəndində çəkilib.
Əsas rolları Həsənağa Turabov, Yaşar Nuri, Şamil Süleymanov, Siyavuş Aslan, Firəngiz Mütəllimova, Nəsibə Zeynalova, Arif Quliyev, Hacı İsmayılov kimi tanınmış aktyorların oynadığı bu uğurlu ekran əsərini rejissorlar Vaqif Mustafayev və mərhum Ceyhun Mirzəyev çəkiblər.

Filmdəki senaridən kənar hadisələr :

* Filmdəki yağış həqiqidir.
* Filmin rejissorlarından biri Vaqif Mustafayev Space televiziyasında müsahibəsində demişdir: Mən bu filmi çəkdiyimi həmişə gizlədirdim və utanırdım bu filmə görə. Lakin sonralar görəndə ki, tamaşaçı bu filmi sevdi, indi rahatlıqla deyə bilirəm ki, bəli bu filmi mən çəkmişəm.
* Filmin sonuna yaxın toy səhnəsində aktyor Muxtar Maniyev aktyor Səyavuş Aslana onun xəbəri olmadan sillə vurur. Bu rejissorun təlimatı idi ki, səhnə daha da təbii alınsın.
* Pirotexnik obrazının ifaçısı aktyor Ələsgər Məmmədoğlu həqiqətən stuldan yıxılır. Digər aktyor yoldaşları onunla zarafat etmişdilər.
* Filmin əvvəllərində partlayış səhnəsində Hacı İsmayılov həqiqətən ikinci mərtəbədən yıxılır.
* Filmin quruluşçu rejissorluq işi əvvəlcə Tofiq İsmayılova həvalə edilmişdi. Rejissor hətta sınaq çəkilişlərinə də başlamışdı. Təxminən 3-4 ay sınaq çəkilişləri aparıldıqdan sonra, gözlənilmədən vəziyyət dəyişdi. Vaqif Mustafayev və Ceyhun Mirzəyev filmin quruluşçu rejissorluğuna təyin edildilər.

109 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут