03.10.2014
Fəsillər
25, Азербайджан

Fəsillər dəyişdi,illər dəyişdi, Əllərimdən tutan əllər dəyişdi, Ömrümün otuzu təqvimdən düşdü, Ana, mən böyüyə bilmədim axı. Gedən əzizlərim sanki qonaqdır, Dalınca ağlasam, qayıdacaqdır, Vəfasız dostlarım cığal uşaqdır, Ana, mən böyüyə bilmədim axı. Dünənki uşaqlar gördüm böyüdü, Səbrimi zamana sərdim, böyüdü, Əzabım böyüdü. dərdim böyüdü, Ana, mən böyüyə bilmədim axı.

19 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут