Дневник пользователя jale--85

jale--85
39, Азербайджан

Nübuvvətin cohəri Muhəmməd! Sənə sonsuz deyənlər necə də yanıldılar. Bu gün yer üzünə bir nur endi.Kövsər surəsi onun üçün nazil oldu. Bu gün əsl analar günüdür. Əziz xanımlar həqiqi analar günü münasibətilə bütün xanımlarımızın mövlud bayramını təbrik edirəm! Allahu təala Xanım Zəhraya xatir bizləri hifz etsin! Amin!

Həqiqətən biz sənə kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi-Zəhranın (salamullahi-əleyha) günü-gündən artan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik). Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl, (ona təkbir deyərək) qurban kəs. Həqiqəqətən sənin düşmənin özü sonsuz və nəsli kəsilmişdir",…


Kimdə ki, olmuş Əli eşqü, o kəs kamil olub,
Çün, Əlinin eşqü bir kamil qılan amil olub.

İlk vəhy gəlmiş Hərada, Həzrəti Peyğəmbərə,
Bir Əli olmuş yanında, bir də, Cəbrail olub.

Şahid olmuşdur Səqifə, baş verən haqsızlığa,
Özgəni rəhbər tutanlar, bir para cahil olub.

Xumda ki, mövla seçilmişdir Əli, əfsus o gün,
Əksər alqış eyləyənlər sən demə, qafil olub.

Ey namazda Kəbədən dönmüş, olub batil namaz,
Gər, Əlidən dönmüsənsə, hər əməl batil olub.

Ey Əlinin şöhrətindən qafil insan, agah ol,
Bil, Əlinin şəninə çox ayələr nazil olub.

Sən Əlidə - səhv edib axtarma nöqsan, ey əvam,
Çün, günahsızlıq vilayət Şahına şamil olub.


Kİm ki, saf qəlbində gizlətmiş Əlinin eşqini,
Bax, həmin kəs ölməmişdən…




Azanda "Əliyyən Vəliyullah"

أخرج أن رجلا دخل على رسول الله (صلى الله عليه واله وسلم) وقال : يا رسول الله إنّ أبا ذر يذكر في الأذان بعد الشهادة بالرسالة الشهادة بالولاية لعلى عليه السلام .
قال رسول اللّه‏(صلي الله عليه وآله وسلم ) كذلك ، أو نسيتم قولي في غدير خم : من كنت مولاه فعلي مولاه ) ؟ .
السلافة في أمر الخلافة، ص 32 .

Bir nəfər Həzrəti Rəsulullahın (s) yanına gəldi və dedi: "Ya Rəsulullah, Əbuzərr Allaha və sənin rəsulluğuna şəhadət verəndən sonra Əlinin vəli olmağına şəhadət verir. "Rəsulullah (s) buyurdu: "Məgər Qədiri Xumda mənim <<Mən kimin mövlasıyamsa Əli də onun…


10.02.2012


24.04.2011

.Ağlamaq üçün gözdən yaşmı axmalı?
Dodaqlar gülərkən insan ağlamazmı?
Sevmək üçün gözələmi baxmalı?
Çirkin bədəndəki gözəl bir ruh ürəyi ovsunlamazmı?
Həsrət; çəkilənindən uzaqda qalmaqmı?
Həsrəti çəkilən yanındaykən hicran olmazmı?
Oğurluq pul-mal oğurlamaqmı?
Səadət oğurlayan oğru olmazmı?
Solması üçün gülü budağındanmı qoparmalı?
Çəhrayı qönçə ikən gül budaqda solmazmı?
Öldürmək üçün silah, xəncərmi gərək?
Saçlar ip, gözlər silah, gülüş güllə olmazmı?





1. Keçən ilinizi necə keçirdiniz?

2. Sağlam olduğunuz üçün heç sevindinizmi?

3. Ac olan bir insanın ən azından bir günlük ehtiyacını ödədinizmi?

4. Heç pəncərənizə düşən gün işığı ilə oyandınızmı?

5.Bir səbəb yox ikən neçə insana hədiyyə verdiniz?

6. Yeni doğulmuş körpənin barmaqlarını ovucunuzda sıxaraq tutdunuzmu ? Və onu qoxladınızmı?

7. Neçə xəstəyə ziyarət edib,təskinlik verdiniz?

8. Yaz gecələrində göy üzündə nə çox ulduzların olduğuna heç təəccüb etdinizmi?

9. Özünüzə sadaca olaraq neçə oyuncaq aldınız?

10. Neçə dəfə gözlərinizdən yaş gələnə qədər güldünüz?

11. Yaşlı bir ağaca sarıldınızmı ? və qəlbinizdəkiləri paylaşdınızmı onunla?

12. Uşaqlığınızdan qalan bir musiqini zümzümə etdinizmi heç?

13. Keçmiş dostlarınızı axtardınızmı?

14. Kimsə ilə barışdınızmı?

15. Yolla gedərkən bir pişiyin…


Makedoniyalı İsgəndər Hindistan yürüşü zamanı Hind racı Sabbanı ona qarşı qiyama təhrik edən 10 nəfər ən fəal himnosofisti əsir alır.Bu adamların öz qısa və dürüst cavabları ilə məşhur olduqlarını eşidib deyir:”Hərənizə bir sual verəcəyəm,kimin cavabı düz olmasa,hamınızı edam etdirəcəyəm”.Sonra onlardan birini hakim seçərək suallara keçir:
1.Kimlər çoxdur-dirilər ya ölülər?
-Dirilər,çünki ölülər artıq yoxdur.
2. Ən iri heyvanlar torpaqdadır ya dənizdə?
-Dənizdədir ,çünki torpaq dənizin bir hissəsidir.
3.Ən hiyləgər heyvan hansıdır?
-O heyvan ki,hələ indiyə qədər insan onu tanımır.
4.Nəyə görə Sabbanı xəyanətə təhrik edirdin?
-İstəyirdim ki,ya gözəl yaşasın,ya da gözəl ölsün.
5.Gündüz əvvəl olub,ya gecə?
-Gündüz bir gün əvvəl olub,-sonra da əlavə edir:”Müəmmalı sualın müəmmalı da cavabı olur.”
6.İnsan özünü necə…


- Qəribə deyilmi ki, 10 manatlıq əskinazı məsciddə sədəqə verdikdə bu məbləğ bizə çox görünür, alış-verişə xərclədikdə isə az!?


- Qəribə deyilmi ki, namaza və ibadətə sərf etdiyimiz 1 saatlıq müddət bizə uzun, televizor qarşısında isə qısa görünür!?


- Qəribə deyilmi ki, namazda fikrimizi bir yerə cəmləməkdə çətinlik çəkirik, amma dostlarımızla deyib-güləndə isə deyil!?


- Qəribə deyilmi ki, Qurandan 1 hissəni candərdi oxuyuruq, amma xoşladığımız roman heç əlimizdən düşmür!?


- Qəribə deyilmi ki, Qurandan 1 hissəni əzbərləməkdə nə qədər çətinlik çəkirik, amma edilən dedi-qoduları, müxtəlif boş məzmuna malik mahnı sözlərini isə tez yadda saxlayırıq!?


- Qəribə deyilmi ki, qəzetlərdə yazılanlara tez inanır, Allahın kitabi Quranda…



Дневники
Дневники обновляются каждые 5 минут