---  DƏYMƏ HİCABA
39, Азербайджан


Ey milləti avara qoyan ,dəymə Hicaba

Ey münkiri-nadan bir oyan dəymə Hicaba

Hardan biləsən ki nədi mənası hicabın
Hivs olmağının məhs nədi mənası hicabın
Allah özüdür məqsədi mənası hicabın
Dəysən dəyəcək dinə ziyan dəymə Hicaba

Baş örtüyü ad qoyduğun əslində hicabdır
Qanuni-şəriətdə elə dində hicabdır
Hər şey aradan getsədə bil zində hicabdır
Quran eləyib əmri bəyan dəymə Hicaba

Uyma siyanisdin dediyi fitnə fəsada
Öz millətinin zadəsisən salsana yada
Gəl bənzəmə fitvaya gedən İbni-Ziyada
Ol dinini şərdən qoruyan dəymə Hicaba

Gör bir nə qədər dinini dünyaya satıbsan
Namus deyilən incəliyə əl uzadıbsan
Yaxşı tanımırsan bizi qəflətdə yatıbsan
Gəl qəflət yuxusunda uyuyan dəymə Hicaba

Başsız deyilik Allah özü bizlərə hami
Hökmən çatacaq dadımıza əsrin imami
Son sözdü bu söz saxla yadında bu kəlami
Islam bəyənən rəngə boyan dəymə Hicaba










Təşəkkür Edənlər (3): sems, XEDICEYI KUBRA, beytul-ahzan

9 просмотров
 
Комментарии

Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.

Дневники
Дневники обновляются каждые 5 минут