Дневник пользователя jale--85

jale--85
39, Азербайджан

18.03.2012

Ramiz Rovsen
Mən küsüb gedirəm...
Qoy hamı qalsın,
Mən küsüb gedirəm bu yer üzündən.
Oğulam-qoy dərdim anama qalsın,
Atayam-qoy balam küssün özündən.
Dünya ucuz saydı, ya baha bildi?!
Nə satan tapıldı,nə alan məni.
Nə Allah dünyaya bağlaya bildi,
Nə atam, nə anam, nə balam məni.
İlahi, səndən də sındı ürəyim,
məni küsdürənin yekəsi sənsən.
Dünyanın ən uzaq... ələ gəlməyən,
boğazdan keçməyən tikəsi sənsən.
Mən sənin yanına uça bilərdim.
uçmuram, beləcə küsüb gedirəm.
Mən sənin sirrini aça bilərdim,
açmıram, beləcə susub gedirəm,
Yandırıb gedirəm bu varağı da,
bu şerin külünü kim oxuyacaq?
Söndürüb gedirəm bu çırağı da,-
məni qaranlıqda itirmə anacaq.


Dinimiz "islam" deyənlər buyurun
Atanın qızına təsirli məktubu (mütləq oxuyun)

Ata nə deməkdir ???!!!
İlk dəfə səni qollarına götürəndə , barmaqları sərt gələn?
İlk baxışmada gözyaşı tökə bilmədiyi üçün səni daha az sevən ?
İlk laylanı söyləyən olmadığı üçün layla bilməyən ?
İlk altını dəyişdirən olmadığı üçün qoxunu bəyənməyən ?!!!
Bəli səni ilk dəfə görəndə barmaqlarım sərt idi amma həyat elə öyrətmişdi və bilirsənmi o incə bədənin ağrımasın deyə istədiyim qədər qucaqlaya bilmədim belə... Onsuzda sən də ağlamaya meylli idin bəlkə sərt barmaqlarımı bəhanə edəcəkdin deyə… İlk baxışmada gözyaşı tökmədim sanma. Elə çox ağladım ki... Amma atanı zəif görmə deyə içimə…


Dinimiz "islam" deyənlər buyurun
Salavat göndərin (gözəl hekayə)

Bir ailəli kasıb ruzi əldə etmək üçün evdən çıxdı. Bilmirdi hara getsin.
Təsadüfən yolu məscidə düşdü. Moizə edən alim məclisi coşduraraq
insanları salavat göndərməyə həvəsləndirirdi. Kasıb kişi orada dayandı
və moizə edənin sözlərinə qulaq asmağa başladı.
O, deyirdi ki, salavat göndərməkdə səhlənkarlıq etməyin!
Əgər varlı şəxs salavat desə Allah Təala onun malına bərəkət verər.
Əgər kasıb səlavat desə, Allah Təala onun ruzisini asimandan göndərər.
Kasıb məclisdən xaric olaraq yol gedə-gedə salavat göndərməyə başladı:
" Allahummə səlli əla Mühəmmədin və ali Muhəmməd."
Üç gün bu hadisədən keçdi. O, hələ…


Dinimiz "islam" deyənlər buyurun
ALLAH`la insan arasındakı dialoq

Dedim: Çox tənhayam.
Dedi: Mən ki sənə çox yaxınam. ("Bəqərə",186)

Dedim: Bilirəm SƏN mənə yaxınsan, amma mən
SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim.
Dedi: Səhər-axşam yalvararaq, qorxaraq,
səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. ("Əraf", 205)

Dedim: Bu da SƏNİN köməyini istəyər.
Dedi: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? ("Nur", 22)

Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
Dedi: (Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin.
Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! ("Hud", 90)

Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?
Dedi:…



Deyerler.org: Firon tanrılıq idiasında idi. İstirahət edirdi və qarşısına da üzümlə dolu bir qab qoymuşdular. Həmin üzümdən götürür və ağzına qoyurdu. Bu zaman bir kişi qarşısında zahir olur. Firon onu tanımırdı və görməmişdi. Belə bir insan hansı cürətlə saraya icazəsiz daxil olmuşdu?! Əlini üzümdən çəkib soruşdu: “Sən kimsən və bura necə gəlmisən?”.

Kişi zəhmli bir səslə deyir: “Şeytanam, şeytan!”.

Fironu titrəmə tutur və qarşısında olan üzüm qabını arxaya çəkib, əli ilə bədənini saxlamağa çalışır. Bu yolla bədəninin titrədiyini gizlətmək istəyirdi. Ancaq dodaqları titrəyir və rəngi də ağarmışdı.

Şeytan yüksək səslə gülür və deyir: “Sən qorxursan?”.

Firon çox çətinliklə cavab verir: “Bəli, çünki səni gözləmirdim”.…




Bilmirəm yuxuydu nəydi
Bu dünya qırmızı geydi
Saclarıma bir əl dəydi
Anamın əlindən əziz

Bir dostum arxam olmadı
Mənsiz darıxan olmadı
Ha yandım baxan olmadı
İndi yox külümdən əziz

Bir adayam qərib ada
Doğmalarım döndü yada
Daha mənə bu dünyada
Nə galdı ölümdən əziz


Məni aldı səndən, getdi bu qatar,
Göydə bircə ovuc tüstüsü qaldı.
Saçında əlimin tumarı qaldı,
Ovcunda əlimin istisi qaldı.

Baxma, bu qatarın dalınca baxma,
Baxma, gözlərini yorunca, baxma.
Qaşların altında cüt yarpaq kimi
Gözlərin saralıb solunca, baxma.

Uzaqdan, yaxından keçər bu qatar,
Gecələr yuxundan keçər bu qatar.
Gülsən, gülüşünü doğrayar, biçər,
Ah çəksən, ahından keçər bu qatar.

Mən getdim, dünya ki qaldı yerində.
Dünyanın payızı, baharı qaldı.
Ovcunda əlimin istisi qaldı,
Saçında əlimin tumarı qaldı.


← предыдущая 1 2 3 4 5 ... 12 следующая
Дневники
Дневники обновляются каждые 5 минут