Дневник пользователя jale--85

jale--85
39, Азербайджан

Saqqalımızdan danışaq, birçəyimizdən danışaq?

Yaşlı-ahıldansa, cavan-göyçəyimizdən danışaq.

Səhv böyük-başda olar, yoxsa kiçik-başda olar?

Azca cəsarətli olaq, “örnəyimizdən” danışaq.

Sən demə “minnətli kömək” yoxsulu dövlətli edər,

Millətə minnət qalayan əppəyimizdən danışaq.

Adi yağışdan dağılan yollarımızla öyünək,

Sonra da palçıqda batan eşşəyimizdən danışaq.

İş görülən yerdə əgər, güc ki, gələr nitqimizə,

Bülbülü heyrətdə qoyan pəltəyimizdən danışaq.

İşdə fərasətsiz ikən, dildə fərasətli olaq,

Hamıya gizlində qalan dilçəyimizdən danışaq.

Bir şəhərim var ki, adından yadıma “pivə” düşür,

Şəhrin adın zay eləyən çəlləyimizdən danışaq.

Bir gecə məmurları məscid dağıdan ölkədəki,

İndi, bu gün mövcud olan gerçəyimizdən danışaq.

Milli dəyərlərdə hicab yoxdu deyib, təkid edək,

Keçmişə baxdıqda fəqət, örpəyimizdən danışaq.

Aru-həyadən əl üzüb “başqa fikirdən”…


Bismilləhir Rahmənir Rahim.
Əssələmu aləykum. Ey Allahın bəndəsi sənə müraciət edirəm. Mövzunu sonacan oxumağını səndən rica edirəm. Bir anlıq təsəvvür elə ki, sənə müjdə verirlər birazdan İmam Zaman (ə.f.) ilə görüşəcəksən. Yəqin çox sevinərsən. Ürəyin çırpınar bu görüş üçün, sevincinin həddi hüdudu olmaz. Ancaq bir fikirləş gör kimin görüşünə gedirsən. Gözlərini yum və həyatını gözünün önünə gətir gör sən hazırsanmı Ağayla görüşə? Ağaya fəxrlə deyə biləcəyin əməllərin varmı? Hansı əməlinlə hazırsan onunla görüşə? Yoxsa günahların xəcalətindən başını aşağı salassan? Əgər günahların varsa və bu günahlara tövbə etmirsənsə bəs necə İmam Zamanı (ə.f.) dualarında çağırırsan? Əgər şiəsənsə İmam Zamanın (ə.f.) atdığı addımların…


Bu gün İmam Zaman (ə.f) ağanın mövlüd günüdür
Bu əzəmətli bayram münasibəti ilə bütün İmam Zaman (ə.f.) aşiqlərini təbrik edir, Allahdan ağamızın zühürunun tez olmasını və bizlərində İmamımızın xidmətində olmasını diləyirik.!

On ikinci imamın pak vucudunun mübarək günəşi 255-ci Hicri-qəməri ilinin Şəban ayının 15-də parlayaraq şiələrin ürəyini öz nuru ilə işıqlandırdı.
İmam Mehdi (ə.f)-ın həyatını üç dövrə bölmək mümkündür:
1. Təvəllüdündən atasının şəhadətinə qədər olan beş illik dövr. Bu qısa müddət ərzində əshabından və dünyanın hər tərəfindən alimler ve fəqihlər imam Həsən Əsgəri (a.s.)-ın görüşünə gəldikdə bu balaca uşaqla da görüşərək ondan bəzi mövzular haqqında suallar soruşmuşdular. İmam Həsən Əsgəri…



Bir sərxoş içkinin təsiri ilə məscidə girib bir küncdə oturur, əllərini açıb, belə dua etməyə başlayır:

- Ya Rəbbim, məni Firdövs Cənnətinə qəbul eylə, mənə cənnət saraylarından saray ver, o gözəl Kövsər suyundan içməyi mənə qismət eylə, gözəl hurilərdən mənə də ver.

Bu zaman həmin məscidin müəzzini içəri girir, sərxoşu görür və uca səslə oxuduğu duaları eşidib bərk əsəbiləşir. İstəyir ki, sərxoşun yaxasından yapışıb çölə çıxartsın. Əsəbi halda belə deyir:

- Ey ağıldan, dindən qafil adam, sənin bu məsciddə nə işin var axı? Sən nə xeyir iş gördün ki, Allah-Təaladan o cür şeylər istəyirsən, həm də utanmırsanmı ki, bu sərxoş halınla, bu sərxoş…


Bu gün İslam dünyasının mübarək günlərindən biridir, bu gün üçüncü imamımız İmam Huseynin (a.s.) oğlu Həzrət Əli Əkbərin (a.s.) mövlud günüdür. Bu gözəl mövlud münasibətilə başda zamanımızın imamı olan İmam Zaman (ə.f.) olmaqla cəmi haqq aşiqlərini təbrik edirik. Mövludumuz mübarək.
O mübarək insan imamın himayəsində böyümüş və Əhli Beyt məktəbinin layiqli davamçılarından olmuşdur. O, atası ilə birgə Kərbəlaya yollanmış, İslam uğrunda canından keçmişdir. Onun şəhid olmazdan əvvəl atasından son istəyi bu olmuşdur: "ata mən şəhid olanda ağlama, çünki istəmirəm düşmənlər sənin göz yaşlarını görsünlər"
Əli Əkbərin (a.s.) həyatı.
İslamı dirçəlişində öz şəhadəti ilə mühüm rol oynayan kəslərdən biri də həzrət Əli Əkbərdir (ə).Əli…


Bir neçə gündür ki, ölkəmizdə maraqlı, həqiqətən də maraqlı bir kampaniya başlayıb. Azərbaycan vətəndaşı indiyədək belə bir vüsətli kampaniya ilə qarşılaşmamışdı. Daha doğrusu, belə kampaniyalar çox olub, amma bu miqyasda və bu səviyyədə ilk belə kampaniyadır bu. Bu, artıq hər kəsə məlum olan "100-minlik müraciət" adlı imzatoplama kampaniyasıdır.

8 aydan çoxdur ki, inanclı insanlara qarşı edilən qanunsuzluq - orta məktəblərdə hicaba qoyulan qadağa ölkədə belə bir xoşməramlı kampaniyanın başlanmasına səbəb oldu. Məqsəd isə gün kimi aydındır - problemin yalnız və yalnız xoş ab-havada həll edilməsi, ölkənin həm dindar, həm də dindar olmayan insanının əziyyət çəkməməsi, mənəvi və psixoloji böhranla üz-üzə qalmaması…


Öncəki yazımızda “Mavi Mərmərə”mizin ilahi vəzifə ilə yola çıxdığını yazmışdıq. Onu da yazmışdıq ki, Azəri "Mavi Mərmərə" yola nə üçün və hansı niyyətlə çıxmışdır. Budur, indi gəmi artıq 35 mindən artıq sərnişinlə (imzalarla) sayca neçənci limanına yan almaqdadır.

Qarşıda isə gəmini neçə-neçə belə liman gözləyir. Hər limanda isə nə qədər sərnişin "Azəri Mavi Mərmərə"ni gözləyir.

Mübarək "Niməyi-Şəban"a qədər 30 min şərnişinlə səfərə davam ediləcəyi düşünülürdü. Bəlkə heç kəs 9 günə 35 min sərnişinin gəmiyə minməsini gözləmirdi. Amma oldu. Allahın inayəti və bərəkətilə oldu bu iş. Yalnız bumu oldu? Xeyr. Nələr olmadı ki?! Allah nələr hədiyyə etmədi ki bu gəmiyə? Allah…


Avtobus yenə də əvvəlki surəti ilə gedir. O yenə də tanış küçələrdən keçir. Hər küçədə bir xatirə, hər məhəllədə bir nişanə. Onun gözləri yenə də yol çəkir. Sanki kimisə gözləyir....

Avtobusun qəfil dayanması onu gözləntsindən ayırdı. Avtobusun qəfil dayandığı yer onun üçün doğma olan yerlərdən biri idi. 11 il bundan öncə ömründə ilk dəfə bu məktəbin qapısından içəri daxil olmuşdu. Düz 11 il öncə. Yəqin ki çoxlarınız elə başa düşdünüz ki, həmin şəxs bu məktəbdə oxuyub. Xeyr, əsla. Həmin şəxs bu 11 il boyunca onlarca belə məktəbin qapısından ilk dəfə daxil olmuşdur. Onun həyatında bu məktəblərin özünəməxsus yeri, xatirəsi var. 11…


"Bir imza heç bu qədər mübarək dəyərə minməmişdi?!"

Bu yazı DEVAMM-ın təşəbbüsü ilə orta məktəblərdə hicab probleminin həlli üçün Azərbaycan dövlət başçısına yüz min vətəndaşın müraciəti ilə əlaqadər kampaniyasına ithaf edilir.

7 aydır ölkədə orta məktəblərdə hicab qadağan olub. İnanclı insanları narahat edən bir məsələdir, sözsüz. Günü-gündən məsələ həll olmur, əksinə dərinləşirdi. Əlbəttə ki, sadə məntiq deyir ki, nəticəyə çatmaq üçün mütləq səbəb yaratmaq lazımdır. Səbəbi olmayan nəticə isə yoxdur. Bir nəticə bir necə səbəbin birləşməsindən doğa bilir.

Hicab məsələsinin həlli nəticəsi üçün də bir səbəb lazım idi. Və mənim fikrimcə dövlət başçısına yüz min vətəndaşın müraciəti kifayət qədər…


Дневники
Дневники обновляются каждые 5 минут