ALLAH la insan arasındakı dialoq
39, Азербайджан

Dinimiz "islam" deyənlər buyurun
ALLAH`la insan arasındakı dialoq

Dedim: Çox tənhayam.
Dedi: Mən ki sənə çox yaxınam. ("Bəqərə",186)

Dedim: Bilirəm SƏN mənə yaxınsan, amma mən
SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim.
Dedi: Səhər-axşam yalvararaq, qorxaraq,
səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. ("Əraf", 205)

Dedim: Bu da SƏNİN köməyini istəyər.
Dedi: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? ("Nur", 22)

Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.
Dedi: (Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin.
Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! ("Hud", 90)

Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?
Dedi: Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar.
Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! ("Tövbə", 104)

Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.
Dedi: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük
olan (ALLAHDIR)! Ondan başqa heç bir tanrı yoxdur. ("Ğafir", 3)

Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedi: ALLAH bütün günahları bağışlayandır. ("Zumər", 53)

Dedim: Yəni gəlsəm, yenə məni bağışlayarsanmı?
Dedi: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? ("Ali-İmran", 135)

Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında nə üçün
içim içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.
Dedi: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir. Birdən:
“İLAHIM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”, -dedim.
O da: “ALLAH ÖZ bəndəsinə kifayət deyilmi?” ("Zumər", 36) - dedi.

Əməyə hörmət "bəyəndim"(like) edin və paylaşın ki, dostlarınız da oxusun.

belke de bu bloqu oxuyan userlerden hansisa ''men bu bloqu bir defe yayimlamiwam'' deyecek,men de xatirlayiram.amma tekrar paylawmagin mence hec kime ziyani yoxdur

23 просмотров
 
Комментарии
Cəsur 29.11.2011

Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!
Dedi: ALLAH bütün günahları bağışlayandır. ("Zumər", 53)

ele gunahlarim varki ustunden iller kecib
tovbe ede bilerem?

asifisrafilov 01.12.2011

ALLAH ARZULARINA CATDIRSIN

jale--85 jale--85 03.12.2011

Allah razi olsun

Дневники
Дневники обновляются каждые 5 минут